Çinli istehsalçılar ABŞ şirkətləri üçün olan ana platalara casus çipləri yerləşdiriblər
ABŞ-ın özəl şirkətləri və hökumət üçün Çində istehsal olunmuş ana platalarda casus çipləri aşkar edilib. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumata əsasən casus çiplərə sahib ana plataları Silikon Vadisində fəaliyyət göstərən Super Micro Computer Inc şirkəti sata bilərmiş. Həmin şirkət Çindən olan təchizatçılarla əməkdaşlıq edir. 2015-ci ildə bu məsələ ilk dəfə ortaya çıxanda şirkətin 100 ölkədə 900 müştərisi var idi. Hələ gizli casus çiplərin aşkar edilməsindən əvvəl ABŞ-ın xüsusi təyinat xidməti bilirdi ki, Çin Xalq Respublikasının xüsusi orqanları casusluq üçün bu cür üsuldan istifadə etmək niyyətindədirlər.
2015-ci ildə Çində istehal olunmuş cihazları ilk dəfə əldə etmiş təşkilatlar zərərli çipləri məhz həmin vaxtda aşkar etmişdilər. Ana plataya birləşdirilmiş casus çiplər həmçinin Apple və Amazon kimi şirkətlər tərəfindən də aşkar edilmişdi. Rəsmi olaraq Super Micro Computer Inc, Amazon və Apple şirkətləri bu xəbəri təkzib ediblər. Lakin Bloomberg-in verdiyi məlumatı bu vəziyyət ilə yaxından xəbəri olan 17 nəfər təsdiqləyib. Məlumata əsasən ana platalara casus çipləri Çin ordusunun xüsusi təyinatı yerləşdirib. Bunun üçün kəşfiyyatçılar ana plataların ilkin konstruksiyalarının dəyişdirilməsi səbəbilə rüşvətdən və hədə-qorxulardan istifadə ediblər.
Congratulations @ibrahimquliyev! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :
Click here to view your Board
If you no longer want to receive notifications, reply to this comment with the word
STOP
To support your work, I also upvoted your post!