Uşaqlıq eləmək
Hər kəs uşaqlıq edib. Hər insan və cəmiyyət uşaqlıq etmək məcburiyyətində olub. Bəziləri özünü uşaq aparmaqda israr etsə də həyat onları böyüməyə məcbur edir. Ağrılarla, ölümlərlə böyüməsi və yox olması lazım olduğunu pis yaxşı xatırladır. Uşaq qalmaq çəkici görünsə də həyata uşaqlıq etmək üçün gəlmirik, uşaqlıq sadəcə bir keçid mərhələsidir. Əsl məqsəd bir şeylər edərək yaddaşlarda qalmaq və bunu miras buraxmaq idi.
Həyatın ciddiyətindən uzaq və oyunlar içində olmaq necə də gözəldir. Bizə baxan biriləri varsa və bizə sadəcə əylənmək qalırsa bu həyat çəkici gəlməyə başlayır. Lakin bizə baxan ailəmiz də bizi uşaqlarına baxan biriləri olmamız üçün yetişdirməkdədir. Yəni uşaqlığın qalıcı olmayacağı ən başından bilinən bir şey idi. Yenə uşaqlıq qaçılmaz və olub bitməsi vacib olan bir keçiddir. Buna görə də uşaqlara şəfqət göstəririk və onların gözlənilməz hərəkətlərini normal qəbul edirik. Buna baxmayaraq insanlarda adi qəbul etdiyimiz bu şeyi böyük fərdlər olan cəmiyyətlərdə qəribsəyirik. Cəmiyyətlərin uşaqlığını dərk etmək əvəzinə yetişmiş cəmiyyətlər kimi mühakimə edirik. Bu da uşağa haqsızlıq etməkdən başqa bir şey deyil.
Bəzi cəmiyyətlər gülünc və anlaşılmazdır. Bəziləri qaranlıq inancların kölgəsində özünü aldadır. Bəziləri xalqına işgəncə etməyi mərifət sayır. Hər kəsi özünə düşmən etməyə çalışanlar belə var. İşin tərs tərəfi bütün cəmiyyətlər bu mərhələdən keçiblər. şəkil 1
GÜLÜNC VƏ ANLAŞILMAZ UŞAQLIQ
Hər uşaq gülünc və anlaşılmaz nağıllarla aldadılaraq böyüdülür. Uşaq onsuz da aldanmağa ən başından razıdır. Uşaqlar bir birinə işgəncə etməyi də mərifət sayarlar. Onlar üçün üstün və güclü olmaq xoşbəxt olmaqdan daha vacibdir. Uşaq üçün dünya onun ətrafında dönməkdədir və istəkləri ilə arasına girən hər kəs düşməndir. Və yenə tərs kimi hər kəs bu mərhələdən keçib.
Cəmiyyətlərin uşaqlıq illərini də hesaba qatmalıyıq. Necə bir uşağı gülünc və anlaşılmaz vəziyyətlərdə normaq qəbul ediriksə cəmiyyətləri də bu cür qəbul etməliyik. Hər kəs yetkin deyil, bunu bir dəfəlik qəbul etməliyik. Uşaqlar və uşaqlıq hər zaman olub və olacaq. Hər kəs bu mərhələdən keçib və bu mərhələdən keçənlərə hörmət etmək lazımdır. Cəmiyyətlərin tarixi mərhələlərində uşaqlığın geri qalan bir şey olduğunu zənn edərək yanıla bilərlər. Uşaqlıq sonsuz bir döngüdür. Hər cəmiyyət uşaqlıq illərinə geri dönmək üçün yaşayır. Hər insanın uşağına görə həyatdan bərk yapışması kimi cəmiyyətlər də yox olmasını miras buraxaraq uşaqlıq illərində yaşayır.
Aydınlanma, böyümə, inkişaf prossesində bu təbii döngünü hesaba qatmaq lazımdır. Bizim kimi uşaqlığa başlamış cəmiyyətləri də xoş görmək, yalnız yanlışlarını bildirmək lazımdır. Məcburi və döyərək tərbiyələndirmək onu düşman edər. Öz çıxarına olduğu göstərilməli və öz doğrularını tapması təmin edilməlidir. Səhvlərində xəbərdarlıq, doğrularında isə müsbət şeylər söyləyərək doğruya təşviq etmək lazımdır. Həm uşaqda həm də cəmiyyətdə təhsil uşaqlığın göz qabağında qabardılması ilə yaxşılaşacaq.
Posted from my blog with SteemPress : https://valibeyli.000webhostapp.com/usaqliq-el%c9%99m%c9%99k/
Məncə də rəğbətləndirilmə ilə tərbiyə edilməlidir, sevgi ilə.
Congratulations @vasifalibeyli ! You received a 15% upvote from @kryptoniabot & @kryptonia for your task of 1100 SUP Today.
Remember to receive votes from @kryptoniabot
Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.
Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP
Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.