Tövkə Xan - "Yedi Yarğı" (Yeddi qanun)

in #tr5 years ago

Keçən dəfə Qazax xanı Tövkə xanın adını çəkmişdim. Bu gün bir az da araşdırdım. Maraqlı adammış.

Ölkəsini işğal edən kalmıklara qarşı RusiyaBuxara ilə ittifaqa daxil olub. Bu məqsədlə öz torpaqlarında həmin dövlətlərin karvanlarını qarət etməyə qadağa qoyub. Hətta 1694-cü ildə Matvey Troşkin və Fyodor Skibinə "Türk sultanının və ya Qızılbaş şahının məndən nəyi üstündür? Onlar da mənim kimidir" deyib Pyotrdan rəsmi tanınma tələb edib. Əsgər sayını 80.000 nəfərə çatdırıb, güclü cəsus şəbəkəsi yaradıb. Qazaxların tək xanı olub.

Bundan əlavə, o qazaxların ilk qanun toplusu sayılan "Yedi Yarğı" (Yeddi Qanun) ilə tanınır. Amma qanunların sayı 7-dən çoxdur. Bu adlandırmanın əsas səbəbi kimi simvolika göstərilir - 7 rəqəmi şərq xalqlarında bolluq, güc rəmzidir.

Tövkə Xan qanunlardan bəziləri:

  • Yalançılıq, oğruluq, zina, təcavüzün cəzası ölümdür.
  • Kimsə öldürülərsə onun qohumları intiqam almaq haqqına sahibdir. Qan haqqı cinslərə görə dəyişir ölən kişidirsə 1000, qadındırsa 500 qoyun ödənilərək ölüm cəzasından qurtula bilinirdi.
  • Əgər bir qadın həyat yoldaşı kişini öldürərsə edam edilir. Pul cəzası ilə qurtulmaq olmaz. Əgər qohumları bağışlayarsa qurtula bilər. Kişi öz arvadını öldürərsə ölüm cəzası yoxdur. Hamilə qadın da öz ərini öldürərsə ona cəza yoxdur amma hamı ona ölənəcən nifrət etməlidir.
  • Öz övladlarını öldürən ata-analara cəza yoxdur. Amma qeyri-qanuni uşağını utandığından öldürən ana edam edilməlidir.
  • İntihar edənlər ümumi qəbristanlıqda basdırıla bilməzlər.
  • Bir qadını təhqir edən kişi üzr istəməsə ona "şərəfsizlik rüsumu" adlı pul cəzası ödəməlidir.
  • Qohumlar cinsi əlaqədə olarsa öldürülməlidir, əgər ailə fərdləri bu cinayəti əfv edərsə günah sayılmaz. Bu cinayətin müstəntiqi mütləq ailədən olmalıdır.
  • Xristian olan bir adamın bütün mal-mülkü qohumlarına keçir.
  • Ərinin ya da atasının oğru olduğunu bildiyi halda şikayət etməyən qadın və uşaq cinayətkar sayılmır. Çünki ailədə böyüyün tərəfini tutmaq lazımdır.
  • Öz ata-anasına əl qaldıran və ya söz deyən oğul qara inək belinə tərs mindirilir, kənddə gəzdirilərək qırmanclanır. Əgər günahkar qızdırsa cəza anasının qərarı ilə təyin edilir.
  • Qurultaya silahsız gəlmək olmaz. Silahsız şəxslərin səsvermə hüququ yoxdur.
  • Türk xalqlarının əməlinə zərər verib, xalqa vəfasızlıq edənlər edam edilməlidir.
  • Allaha küfr edən 7 nəfərin şahidliyində günahkar görülərsə daşlanaraq edam edilməlidir.
  • Dövlətə müxalifətin cəzası ölümdür.


Posted from my blog with SteemPress : https://valibeyli.000webhostapp.com/tovk%c9%99-xan-yeddi-qanun-yedi-yargi/
Sort:  

Congratulations @vasifalibeyli ! You received upvote from @kryptoniabot & @kryptonia for your task of 41.2 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Congratulations @vasifalibeyli! You received a personal award!

Happy Birthday! - You are on the Steem blockchain for 1 year!

You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking

Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!

Coin Marketplace

STEEM 0.25
TRX 0.21
JST 0.037
BTC 98412.70
ETH 3501.42
USDT 1.00
SBD 3.41