Rənglər və biz.
Bu şəkli bir il əvvəl çəkdirmişəm. Bu gün təsadüfən qarşıma çıxdı və üzərimdəki rəngləri görüncə düşündüm ki, rənglər həyatımda böyük rol oynayır. Yalnız mənim deyil, yəqin ki çoxlarının.
Mən geyimdə əlvan rənglərə üstünlük verirəm, daha çox sarı, qırmızı, narıncı çalarlar seçirəm. Çünki bu rənglər məni sakitləşdirir, özünə əminlik hissi verir, əhval ruhiyyəmi yüksək tutmağa kömək edir.
Şəhərə çıxanda görürəm ki, insanların əksəriyyəti qara rəngli üst geyimləri geyinir-palto, pencək, plaş və gödəkcələr daha çox qara rəngdədir. Bunun səbəbi nədir bilmirəm, yəqin insanlara qara rəngdə geyimlər geyinmək daha rahatdır və ya başqa səbəblər var. Onu deyə bilərəm ki, qara rəng qadınları arıq və biçimli göstərdiyinə görə qadınlar bu rəngdə axşam geyimlərini çox sevirlər.
Rənglər həyatımızda böyük rol oynayır, məncə insanın seçdiyi və istifadə etidyi rəng onun daxili aləmindən xəbər verə bilər. Bir dəfə hardasa oxudum ki, xoşbəxt olmayan adamlar əlvan rənglərdə geyinir ki, öz mənasız həyatını bir az da olsa boyasın. Mən belə düşünmürəm, zənnimcə rəngli geyinən insanlar daha çox sərbəstliyi sevən, sərhədləri aşmaq istəyən yaradıcı insanlardır.
Merhaba Ben Türk Topluluğu Yardım Botu.
TR tagı altındaki postları rastgele oyluyorum. Curation Kuyruğumuza Katılıp TR tagina sende destek olabilirsin.
SP Delegasyonu, Steem ya da SBD Transferi ile de küçük miktarlar bile olsa destek olabilirsiniz. Gönderilen destekler SP gücüne harcanacaktır.
Spam, Plagiarism tarzı içerikleri bize ileterek oylanmasını engelleyebilirsiniz.
İletişim için telegram adresimiz: https://t.me/trvoter.
Bilgiler için teşekkürler,
Çox sağ olun.
Siz de çok sağolun😃
Ben mor rengi severim.Ama renkli giyinmek enerji verir.Güzel yazı.tebrikler...😊
Teşekkür edirəm. Mor rengi ben de severim. Evet, renkli giyinmək inanılmaz enerji verir insana.
Bizdə hamı özünü ciddi obraz kimi göstərmək istəyir, ona görə əsasən qara rəngdə geyinirlər. Rəngli geyinəndə qeyri ciddi gprünürlər guya.
Düzdü, xüsusən də kişilər. Məsələn kişinin açıq rəngli şalvar və ya ayaqqabı geyinməsi yaxşı qəbul olunmur. Əslində burda qəbahət bir şey yoxdur.
Şit açıq rəng pis görünür, məncə də. Bəs qəhvəyi rənglərə üstünlük verməsi necə qəbul olunur?
Qəhvəyi rəng ən neytral rənglərdəndir-istər kişi, istər qadın üçün. Yəni gündəlik geyimlərdə rahat rəngdir məncə. Həmçinin də boz, tünd göy və.s. Kişilərin qəhvəyi geyinməsi məncə bizdə çox normal qəbul olunur. Bir də ki, nəyin necə qəbul olunmasına fikir vermək lazım deyil. Əsas odur ki, insan geyindiyi geyimdə özünü komfortlu hiss etsin. Ətrafdakılar qınamağa onsuz da bir səbəb tapacaqlar:)