İşsiz gələcək
Gözəlim ölkəmdə yüz minlərlə tələbə var. Hamısı gələcəkdə bir peşənin sahibi olmağı xəyal edir. Gələcəkdə hər hansısa bir işin ucundan tutmaq istəyirlər. Dərs çalışırlar ki ailələrini qürurlandıracaq işlər görə bilsinlər. İş sahibi olmaq istəyirlər, bunun üçün çalışırlar. Kənardan baxanda hamısının nə qədər təzə və yaxşı niyyətli bir ağac fidanı olduğu görülür. Cəmiyyətin qollarında püxtələşib yetişmək istəyirlər. Cəmiyyət isə onları aclıq həddinin altına itələyir. Körpələr doğulan kimi kasıb təbəqənin bir nümayəndəsinə çevrilir, özü də borc ilə. Onlardan əvvəl dünyaya gələnlər nizami sistemi belə qurub çünki. Bir çoxu iş tapa bilməyəcək, çünki bəzilərinin daha çox yeyib talaya bilməsi üçün böyük bir kütlə ac qalmağa məhkumdur. şəkil
Hər il işsizlər ordusu yetişdiririk. Dünyada iş yox. İnsanlar üçün iş saxlamadıq. Ac gözlülüyümüz işimizi əlimizdən aldı. Qazanc üçün texnologiyanı istifadə etməyə başladıq, insanlığı yox olmağa məhkum etdik. Söhbət texnologiyaya hazır olmayan bir kütlənin buna vadar edilməsindən gedir. Yəni 3-cü dünya ölkələrindən. İnsanlar çox məsrəflidir deyə hər işi aparatlar ilə görməyə başlayırıq. Hətta düşünməyi belə süni intellektə gördürərərk insanlığı kökündən qurutmağa başladıq. 1 həftə bundan qabaq ilk adımı Səudiyyə Ərəbistanı vətəndaşı olan ilk robot Sofia`dan gedir. Azərbaycan vətəndaşının prezidentlə görüşmə imkanı yox ikən, bir robot çox rahatlıqla Prezident və onun avanələri ilə görüşə bilir. Belə bir mühitdə yeni nəsilləri yetişdirən müəllimlər tələbələrin üzünə baxanda işsizlikdən başqa bir şey görə bilməyəcək. Böyük həvəslərlə gələcəyə hazırlanan gənclərin xəyallarına çatması imkansız kimi görsənir. Cəmiyyət olaraq bunu hər keçən daha da çətinləşdiririk.
Bir zamanlar 100 nəfərin belləyib, dənlədiyi tarlanı indi bir maşın tək başına həll edir. İnsan nəzarət belə etmədən bunu edə bilir. Çayı, qəhvəni artıq aparatlar hazırlayıb dəmləyir. Fabriklərdə ölçmə, kəsmə, montaj işləri üçün belə aparatlar edir. Minlərlə işçinin işlədiyi fabriklərdə yüzlərlə işçi işləyir. ONlar da təcili vəziyyətlər üçün gözlədilirlər. Əlaqə, çatdırılma, xəbərləşmə işləri demək olar ki tamamilə aparatlara həvalə olunub. Təhsili kompüterdən, əyləncəni televizor və radiodan, əyləncəni isə internetdən öyrənməyə məhkum olduq. İnsana iş qalmadı iş.
Hər il iş gücünə 1 milyon kişi qatılır. Yeni məşğulluq sayı isə 400.000 nəfər ətrafındadır. Mövcud işsizlik 2.5 milyondan çoxdur və bunlar da 2015-ci illərin statistikasıdır. 2018-ci il üçün vəziyyət heç ürəkaçan deyil. Dünyada da işsizlik gedərək artır. İşsizlik işsizlərin iş bilməməsi ya da işləyə bilməməsindən yox, iş olmamasından qaynaqlanır. Yeni həyatımızı qazanacaq bir işə ehtiyacımız var, amma elə bir iş yoxdur. Daha doğrusu şirkətlər bizə qida və sığınma kimi məhsulları satmaq üçün gözləyirlər, ancaq işçi almır və maaş ödəmirlər. Bu da qəribə bir təzaddır.
İş yoxdur amma satılcaq məhsul var. Bunları kim alacaq? Burada dövlətin vətəndaşı ən aşağı işlərdə xidmət göstərməsi kimi işlər tövsiyyə olunur. Məşğulluq idarələrinin tövsiyyəsi əsasında təklif olunan işlər. Ancaq bu işlərin də bir gələcəyi yoxdur. Geriyə tək bir seçim haqqı qalır. O da əhalinin qısırlaşdırılması. Şirkətlər bu qədər insana ehtiyac hiss etmir. Məhsullarını ala bilənlər yaşasa kifayət edir. Geri qalanlar yaşamasa da olar. Bu anlayış tərzinin məhsulu olaraq Orta şərq və Afrika nümunə göstərilə bilər.
Hər kəs insanın həyatdakı yerinin qəribə bir hal almağa başladığını bilir və dərk edir. Hər kəs dəyişiklik istəyir amma dəyişmək istəmir. Dəyişiklik olsun deyir, amma dəyişməyə çalışmır. Orta Şərq dediyimiz yer bunun bariz nümunəsi deyilmi? Hər kəsin şikayəti var, durmadan ölkə problemlərindən danışırlar, ancaq həll yolu yoxdur. Dəyişiklik istəyir var sadəcə, çaba sərf edən yoxdur təəssüf ki. Belə bir mühitdə şirkətlərin müştərisi ola bilərik, nə də uşaqlarımız olmayan işlərdə işləyə bilər.