Biz və virtual dünya.

in #steempress6 years ago

Sürətlə inkişaf edən texnoloğiya çağı və bu inkişafa uyğunlaşmaqdan başqa "çarəsi" olmayan bizlərin virtual aləm və həqiqi aləm arasında yaşadığı ikili həyatlar yaşayışımızı tamamilə ağuşuna almış vəziyyətdədir. İşlərin bu qədər asanlaşmasına və bir düymə ilə hər şeyin əlimizin altında olmasına baxmayaraq ruhumuzda daim nələrinsə əskikliyini duyuruq. Virtual aləmdə yazdıqlarımız, paylaşdıqlarımız, izlədiklərimiz bir cəhəti ilə bizim şəxsiyyətimizi, düşüncə tərzimizi ortalığa qoyur. Bu həyatda iki seçiminiz var: ya var olacaqsınız, ya da olmayacaqsınız. Var olsanız cavab verməli olduğunuz və tanımadığınız onlarla insan, oxumalı olduğunuz yüzlərlə xəbər, şərh etməli olduğunuz mövzular, videolar və s. Bunun nəticələri: saatlarla internet başında zaman keçirən insanların ailəsi, qohumu, dost - tanışı ilə sağlam ünsiyyət qurması çətinləşir. İnsan ruhunda olan boşluğu gerçək həyatda doldura bilməyincə , tanımadığı və özünü də tanımayan virtual insanlarla ünsiyyətə keçir.

Photo

Əvvəllər asılılıq kompüterlərin qarşısında idisə , indi mobil telefonlar məharəti ilə həyatın hər anında asılılıq davam edir. Öz dünyasında , lazım olduqda şəxsiyyətini gizli tutaraq istədiyi şəkildə yazıb- pozan , paylaşan bir insan gerçək həyatda ünsiyyət problemi yaşayır. O aləmdən bu aləmə adaptasiya problemidir əslində. Sosial şəbəkələrin belə sürətlə həyatımıza daxil olmasından ən çox uşaqlar təsirlənir. Əvvəllər uşaqlar yalnız uşaqlar idi. Oyun oynayar, yoldaşları ilə məhəllə futbolu təşkil edər, axşamlar qonşulara qonaq gedərdilər. İndi isə sosial şəbkələrdə virtual fermalar qurur, virtual heyvanlar bəsləyir, virtual evlər tikir, xəyallarında belə reallaşdıra bilməyəcəkləri zənginliklərə sahib olurlar. Onlarda və ümumiyyətlə virtual dünyadan istifadə edən insanlarda bir eqo formalaşır. Çünki yazdıqları və paylaşdıqları ilə dünyanı öz ətrafında və özlərini də hadisələrin mərkəzində olduğunu düşünürlər.Başqalarının paylaşdığı özəl həyatlara şahid olunca insan öz həyatının da xüsusi tərəflərini bir məqamdan sonra asanca paylaşa bilir.Ağlına gələn hər sözü söyləyə bilir, istədiyi fotoşəkli paylaşa bilir.


Photo

Nəticə etibarı ilə insan tarazlığa meyilli bir varlıqdı. Yəni bacardığımız qədəri ilə ruhumuzdakı boşluqları gerçək mənada dolduracaq işlər görmək ən doğru addımdır.


Posted from my blog with SteemPress : https://nurengiz.000webhostapp.com/2018/09/biz-v%c9%99-virtual-dunya

Sort:  

Congratulations @sirabende ! You received a 1% upvote from @kryptoniabot & @kryptonia for your task of 2593 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Congratulations @sirabende! You have completed the following achievement on Steemit and have been rewarded with new badge(s) :

Award for the number of posts published

Click on the badge to view your Board of Honor.
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

To support your work, I also upvoted your post!

Do not miss the last post from @steemitboard:
SteemFest³ - SteemitBoard support the Travel Reimbursement Fund.

Do you like SteemitBoard's project? Then Vote for its witness and get one more award!

Coin Marketplace

STEEM 0.22
TRX 0.26
JST 0.040
BTC 98928.57
ETH 3478.03
USDT 1.00
SBD 3.22