Şeytana məktub.

in #steempress4 years ago

Mən inanmıram ki, bizim Odlar yurdunda şeytan ola biləcəyinə. Bizim diyarda şeytanın baş etməsi üçün gərək yeddi başlı şeytan olasan. Bu da teorik olaraq mümkünsüzdür. Ümumiyyətlə şeytan, mələk, cin və əcinə kimi xəyali obrazlar elə insanlardı. Bizim insan şeytana elə don geyindirər ki, şeytan güzgüdə özünü mələk kimi görər və heç zaman da keçmişində nə olub xatırlamaz. Keçmişini unutmaq o qədər acı bir mənzərədir ki, insanoğlu keçmişini unudanda güzgüdə görünən mələk kimi olur. Donlu, bəzəkli-düzəkli.


image

Qısa olaraq bir balaca məktub yazıb sol cibimə qoymaq istərdim ki, "şeytan, sən zəhmət çəkib bizim diyara gəlmə, bizim şeytanımız boldu".

Son günlər "şeytan da baş açmaz bizim işlərdən" ifadəsinin nə qədər doğru olduğunu təsbit etmiş oldum. Sən bizim kələfin ucunu tapsan, sənə sitayiş etməsəm, mən də Adəmoğlu deyiləm, ay oğraş. Bax gör kimdir şeytan, sən ya mən?!!!



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2020/02/seytana-m%c9%99ktub

Coin Marketplace

STEEM 0.16
TRX 0.12
JST 0.027
BTC 54373.44
ETH 2875.84
USDT 1.00
SBD 2.05