Ölü adamlar cəmiyyəti

in #steemix6 years ago (edited)

ölü adamlar cəmiyyəti.jpg
Lal Bihari adında bir hind kəndlisi 1976-cı ildə bankdan kredit götürmək üçün sənəd toplayanda müvafiq qurum ona deyir ki, Lal Bihari adından adam mövcud deyil, ölüb. Lal deyir, ayə, necə yəni olüb, Bihari mənəm, durmuşam qarşınızda. Deyirlər yox e, sən ölmüsən, arayış verə bimərik.. Çox əlləşir görür xeyri yoxdu, deyir, yaxşı, mən razı - mən ölü, heç olmasa deyin görüm nə vaxt ölmüşəm, nədən ölmüşəm? Məlum olur ki, neçə il əvvəl əmisi onun adına olan 40 sotluq miras torpağı öz adına keçirmək üçün məmurlara rüşvət verib Lalı “öldürdübmüş”.. Nəysə, uzun mübarizədən sonra 1994-cü ildə Lal diri adam statusunu geri ala bildi. 18 il ərzində nəinki vətəndaş hüquqları heç ad-soyadından rəsmi istifadə edə bilmir, sənədləri “Mritak” (Ölü) ləqəbilə imzalayrıdı.
Mübarizə gedişində Lal öyrəndi ki, onun yaşadığı ştatda (Uttar Pradesh) torpağına sahiblənmə nədənilə “öldürülmüş” çox sayda adamlar var ki, diri olduğunu sübut etməkdə onun kimi aciz qalıblar. Lal Bihari həmin adamlara kömək etmək və dövlətin nəzərini korrupsiya saxtakarlığına cəlb etmək üçün “Ölü adamlar cəmiyyətini” yaratdı. Sənədlə ölmək həqiqətən ölmək riski daşıyır çünki işin üstü açılanda saxtakarlıq etmiş qohumlar "ölünün" yox edilməsində maraqlı olurlar.
Hazırda cəmiyyətin 20 min üzvü var, indiyəcən xeyli "ölünü" “diriltməyə” nail olublar.

Sort:  

Congratulations @vasifalibeyli ! You received a 15% upvote from @kryptoniabot & @kryptonia for your task of 810 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Bizdə ölüləri dirildirlər, seçki vaxtı)

Biz də ölülər dirilməsə də səsləri olur həmişə :)

Coin Marketplace

STEEM 0.20
TRX 0.25
JST 0.038
BTC 96483.87
ETH 3356.14
USDT 1.00
SBD 3.20