AZƏRBAYCAN HÖKUMƏTİ ATATÜRKƏ NECƏ KÖMƏK ETMİŞDİ?

in #steemix6 years ago (edited)

Azərbaycan və Türkiyə arasındakı dostluq hamıya məlumdur. Dünyada başqa iki dövlət tapılmaz ki, bizim kimi dost olsun.

46073963_258552368169201_3868490194697060352_n.jpg
1

Əslində, bizim belə möhkəm tellərlə bağlı olmağımız səbəbsiz deyil. İstər yaxın, istərsə də uzaq tarixdə, həm siyasi, həm də mədəni əlaqələrimiz olub.

1918-ci ildə Bakının erməni, rus və ingilis qüvvələrindən azad edilməsində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun əməyini unutmaq olmaz. Eləcə də, Sovet repressiyasından yaxa qurtarmaq üçün yüzlərlə ziyalımızın Türkiyəyə pənah aparması və orada yüksək səviyyədə qarşılanması da iki millətin bir-birinə olan münasibətindən xəbər verir.

45979426_568047496972034_1130380472560386048_n.jpg
2
Bu gün isə, bəlkə də, çoxunuza məlum olan qardaşlıq hekayəsindən danışacağıq. Bu hekayənin baş rolları Mustafa Kamal Atatürk və Nəriman Nərimanova məxsusdur.

1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya məktub yazır və deyir:

“Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”.

Həmin vaxt Azərbaycan Sovet əsarətində idi, sərhədlər qapalı idi. Azərbaycana başqa dövlətlərlə, xüsusilə, Türkiyə ilə əlaqələr qurmağa imkan verilmirdi. Bütün bu çətinliklərə baxmayaraq, Kazım Qarabəkir Paşa Azərbaycan hökumətini məsələdən xəbərdar edə bilir.

1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin 1-ci Sədri Nəriman Nərimanovun göstərişi ilə Ankaraya yardım əli uzadılır. Xarici İşlər Naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda: “…Qazanılan büyük zəfərlərə görə Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik” yazıb və
bu böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin və 8 sistern kerosin göndərdiyini bildiririr. Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft göndərir və savaş bitənə qədər bu köməyə davam edir.

46012283_315382952383906_5464358441113878528_n.jpg
3

Mustafa Kamal Paşa 1921-ci ildə Nəriman Nərimanova başqa bir məktub yazır və borc pul istəyir. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılır.

Nərimanovun göstərişi ilə dərhal Ankaraya 500 kq qızıl göndərilir. Türkiyə tərəfi bu yardımın 200 kq-ını dövlət büdcəsinə, qalanını isə silah və sursata istifadə edir.

Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu da Ankaraya göndərdərmək barədə qərar qəbul edir. Bu yardımlar hesabına döyüşlərin davam etdiyi Türkiyədə vəziyyət xeyli düzəlir.

1921-ci il mart ayının 23-də Azərbaycan hökuməti könüllü şəkildə Türkiyəyə Azərbaycan xalqının hədiyyəsi olaraq 30 sistern neft, 2 sistern benzin və 8 sistern yağ göndərir.

Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə Azərbaycandan doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı edilir.

Nərimanov Mustafa Kamal Paşaya yazdığı məktubunda Türk xalqını qazandığı uğurlara görə bir daha təbrik edir. Bu uğurların türk dünyasının gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayır və əlavə edir:

“Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş həmişə qardaşının əlindən tutar. Biz qardaşıq, həmişə əlinizdən tutacağıq".

Sort:  

Congratulations @rossovusal ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 1000 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Congratulations @rossovusal! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You made your First Comment
You received more than 250 upvotes. Your next target is to reach 500 upvotes.

Click here to view your Board of Honor
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Do not miss the last post from @steemitboard:

SteemFest3 and SteemitBoard - Meet the Steemians Contest

Support SteemitBoard's project! Vote for its witness and get one more award!

Coin Marketplace

STEEM 0.21
TRX 0.26
JST 0.040
BTC 101120.17
ETH 3683.12
USDT 1.00
SBD 3.16