Şəhər həyatı və onun çətinlikləri
Salam əziz oxuyucular!
Keçən paylaşımımda kənd həyatından bəhs etdim. Bu paylaşımımda isə şəhər həyatı və onun çətinlikləri, sıxlıqlar barədə söhbət edəcəyəm.
Kənd həyatı nə qədər keşməkeşli olsa da şəhər həyatının da ondan çox fərqi yoxdur. Fərqlər sadəcə olaraq yaşam şəraitində və ümumi vəziyyət dəyişikliyindədir.
Şəhər həyatında isə sözün əsl mənasında həyat tamamən fərqlidir. Həyat burada ayrı çalarlarla davam edir.
Hərgün olan səslər, maşınların mazotundan yaranan oksigen çatışmazlığı, bu kimi hallar şəhər həyatının çətinliklərindən söhbət açmağa əsas verir və başlamağa şərait yaradır.
Hərgün hərəkət edən onlarla, yüzlərlə hətta minlərlə avtomobillər istər havanın korlanmasında rol oynayır, istər də həyatın yaşam üçün çətinləşməsinə gətirib çıxarır. Bunu da açıq göz ilə də rahatlıqla görmək mümkündür.
Ən gözəl yaşam isə sakit həyatdır.