Başlığı olmayan şeirlər...
Başlığı olmayan şeirlər...
87-cı şeir
Bəzən barmağındakı üzük ürəyini sıxır,
bəzən ürəyinin ağrısı ən yaxın adamını.
bəzən də heç nə baş vermir, Leyla...
Həyat iki nəfər arasındakı münasibətdən ibarətdir.
Günəşsiz də isinmək olur,
əgər qolların varsa.
Pencəksiz də keçinmək olur,
əgər yanında olan varsa...
Tənhalığın ən yekəsi təklikdir, Leyla!
Sevgi tənlik kimi bir şeydir:
Bəzən üzünü heç vaxt görmədiyin məchula da vurulmaq olur!
Divara mıxlanmış saatın ahını kəsmək üçün
ancaq öpüş səslərini otağa səpmək lazımdır!
Nəfəsinlə buzu əridən adamsan
üşüyürəm, getmə!
Getmə!
Bədənin sərçə ürəyi kimi ovcumda döyündükcə
Əllərim güzəştə getmək istəmir.
Bəhruz Xəlil.
Harika bir şiir yazmışsınız emeğinize sağlık:)
Şiir yazmak kadar okumayı sevenlerdenseniz arada şiir dinletileri olur katılmanızı tavsiye ederim :)