NodeJS və Electron ilə Desktop Proqramlaşdırma

in #npdejs6 years ago (edited)

NodeJS və Electron ilə siz Linux , Vindos və macOS platformaları üçün proqramlar hazırlaya bilərsiniz .

Bunun üçün NodeJS və Electron motorunu yükləməniz kifayət edir + JS biliyi .

Bu yazıda NodeJS və Electron istifadə edərək ilk sadə proqramımızı yaradacıyıq .

İlk öncə istifadə etdiyiniz ƏS ə NodeJS və Electron u yükləyirik . Bunun üçün bizə sadəcə olaraq NPM bəs edir .

NPM nədir deyə soruşsanız ? NPM – Node Package Manager

NPM ilə bir sıra paketləri sadəcə 1 əmr yazaraq yükləyə bilərsiniz .

NPM yükləmək üçün : NPM Rəsmi Saytı

NPM yüklədikdən sonra başlaya bilərik . ( NodeJS yüklədikdə avtomatik yüklənir NodeJS Yüklə )

İLK Proqramımıza Başlaya bilərik .

İlk olaraq proqramımızın yerləşəcəyi qovluq yaradırıq . Daha sonra qovluqa daxil oluruq . Və aşağıdakı əmri daxil edirik . ( CMD və ya Terminal vasitəsi ilə )

npm init

Bu əmr vasitəsi ilə package.json faylımızı formalaşdırırq .

Sizə uyqun olan informasiyaları daxil etdikdən sorna artıq paketləri yükləməyə başlaya bilərik .

npm install electron@latest -g

Bu əmr ilə electron paketini yükləyirik . Electron paketini yüklədikdən sonra artıq ilk proqramımızı yarada bilərik .

Electron motoru html,css və nodejs ilə çalışan rahat olaraq proqram yaza biləcəyiniz platformadır .

index.js faylı yaradırıq . içinə aşağıdakı kodları əlavə edirik .

const { app, BrowserWindow } = require(‘electron’)
function createWindow() {
win=newBrowserWindow ({ width: 800, height: 600 })
win.loadFile(‘index.html’)
}
app.on(‘ready’, createWindow)

index.html faylının içinə bu kodları əlavə edirik .

<!DOCTYPE html>
<html>
<head>
<meta charset=”utf-8″/>
<meta http-equiv=”X-UA-Compatible” content=”IE=edge”>
<title>Salam Dunya</title>
<meta name=”viewport” content=”width=device-width, initial-scale=1″>
<link rel=”stylesheet” type=”text/css” media=”screen” href=”main.css”/>
<script src=”main.js”></script>
</head>
<body>
<h1>Salam Dunya , Bu Bizim Ilk NodeJS + Electorn Proqramimizdir ! </h1>
</body>
</html>

Daha sonra package.json faylına aşağıdakı sətiri əlavə edirik .

{

“scripts”:{

“start”:”electron .”

}

}

Bu addımı da uğurla etdikdən sorna terminalda və ya cmd aşağıdakı əmri yazırıq .

npm start

Bu əmri daxil etdikdən sonra ilk proqramınız çalışmaya başlıyacaq . Bu qədər )

Növbəti yazılarımızda yazdığımız proqramı necə paket halına gətirəciyik ? Sualına cavab tapa bilərsiniz .

Bizi İzləyin

Sort:  

Congratulations @qubadov! You received a personal award!

Happy Birthday! - You are on the Steem blockchain for 1 year!

You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking

Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!

Coin Marketplace

STEEM 0.26
TRX 0.20
JST 0.038
BTC 96962.96
ETH 3588.91
USDT 1.00
SBD 3.83