Sonbahar və şeir.

Sonbaharda deyilən hər söz bir şeirdi. Ən gözəl şeirlər vidadan, ayrılıqdan bəhs etdiyi kimi, sonbahar da vida çağıdı. IMG-20191010-WA0014.jpg Yarpaq ağacdan ayrılır, quşlar elindən obasından. İnsanlar bağından bərəsindən. IMG-20191010-WA0005.jpgMən sonbaharı sevərəm. Kim nə deyir desin. O yandıran istilər, nəfəs kəsən bürkülər getdi ha. Havaya bir sərinlik çökdü. Hərdən yağışlar yağanda otur isti evində. Pəncərə önündə. Pürrəngi çayın buxarı pəncərəyə naxış çəksin. Çöldə soyuq. Evdə isti. Nəhəng bir soyuğun içində isti bir ev. Payız bolluq fəslidi. Az da olsa meyvəsi olur. Qarşında bir tabaq meyvə. Hərdən at ağzına. Kimlə istəyirsən danış. Kimdən istəyirsən darıx. Sonbahar axı səbəbli səbəbsiz darıxmalar fəsli idi. Bir musiqi dinlə, ya bir kitab oxu. Sev payızı. Mən sevən kimi. IMG-20191010-WA0012.jpg

Coin Marketplace

STEEM 0.21
TRX 0.25
JST 0.038
BTC 97111.20
ETH 3382.29
USDT 1.00
SBD 3.20