Ölsəm... bağışla! Milli Kino Günü.

in #kryptonia5 years ago

Bu gün - 2 avqust ölkəmizdə Milli Kino günü kimi qeyd edilir. Azərbaycan kinosunun rəsmi tarixi 1916-cı ildə çəkilmiş səssiz film olan "Neft və milyonlar səltənəti" ilə başlanır.


image

Bir əsrdən çox tarixi olan yüzlərlə Azərbaycan filmləri içərisində biri barədə qısa arayış verəcəm. Söhbət 1989-cu ildə ildə ekranlaşdırılmış "Ölsəm bağışla" filmi barədə gedir.


image

Bu filmi izləməyən az ortayaşlı adam tapılar.Gənc və yeniyetmə nəsilin isə əksəriyyəti təəsüf ki, film barədə məlunatsızdır. Filmin əsas qəhrəmanları ikinci cahan savaşı öncəsi Bakının qədim məhəllələrində sevib-sevilən cütlük (Yusif və Gülya) olur. Sonra məlum savaş başlayır. Baş qəhrəman Yusifi canlandıran Fəxrəddin Manafov müharibə zamanı ön cəbhəyə yollanır. Müharibə kosmik zaman ölçüsü üçün o qədər də böyük vaxt aparmaya bilər, amma məhəbbətin zamanı üçün çox uzun çəkir. O qədər çox zaman ki, faşistlər təslim olanda Yuzif təxris olunmağı gözləmədən silahı təhvil vedib "küləklər şəhərinə" dönmək istəyir. Cəbhəni qoyub qaçmaqda ittiham olunduğu üçün küləklər şəhəri əvəzinə hərbi tribunala verilir və həbsə düşür. 1946-ci ildə qəhramanımız bəraət alıb geri dönür. Onu sarsıdan mənzərə daha çox sevgilisinin ailə qurması deyil,ailə qurduğu adamın('notarisun oğlu') müharibə vaxtı arxa cəbhədə rahat yaşayıb sonra da haqq etmədiyi qızla evlənməsidir. Atasının adını təmizə çıxarmaq və sevgilisini götürüb Gülyanın dediyi kimi "dünyada ən dadlı dondurma olan yerə", Kislavodska getmək Yusifin əsas məqsədi olur. Müharibə zamanı çörək zavodunun sürücüsü işləyən atasını öz uşaqlıq dostu Seyidrza aldadır. Camaat evində çörək tapmayanda çörəyi varlılara baha qiymətə satırlar. Müharibənin sonlarında fırıldaqçı dəstə ifşa olunur. Yusifin atası Seyidrzanı satmır. Əsas günahkar azadlıqda, qismən təqsirlilər isə Sibirə sürgün edilir.


image

Yusifin atası orda ölür. Yusif qanunsuz yolla əldə etdiyi tapança ilə Seyidrzanı qorxuzaraq atasının günahsız olduğunu bildirən yazılı iltizam alır. Daha sonra böyük miqdarda pulu Seyidrza Yusifə verməyə məcbur olur. Bundan sonrakı hadisələri daha yazmayacam. Baxanlar bilir, baxmayanlarsa aşağıda qoyduğum linkdən girib izləyə bilər. Növbəti titirlərədək.



Posted from my blog with SteemPress : https://emil-agayev.000webhostapp.com/2019/08/ols%c9%99m-bagisla-milli-kino-gunu

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.030
BTC 57951.98
ETH 3051.79
USDT 1.00
SBD 2.26