Steemit Engagement Challenge S2W2 | Steem4Nigeria Contest | No place like home: I love Azerbaijan 💙🧡💚 #club100 @revan746

in Steem4Nigeria2 years ago

Salam dostlar, ilk dəfədir Steem4Nigeria topluluğunda post paylaşıram. Mövzu çox gözəldir. Ona görə də bu müsabiqəyə qatılmaq qərarına gəldim. Mənim ölkəm Azərbaycandır. "Başqa ölkədə yaşaya bilmərəm" adlı bir deyim var bizim ölkədə.

azerbaijan (1).jpg

East or West, home is best.

İngiliscəm o qədər də möhtəşəm deyil, orta məktəb illərindən bir atalar sözü ingilicədən ağlımda qalmışdı. Düzü bizim dildəki qarşılığını düz-əməlli vermir, lakin yola vermək olar da. Deyir, "gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı."- "East or West, home is best", yəqin ki, hərfi mənada anlaşılan odur ki, Qərbi gəz, Şərqi gəz amma ev daha yaxşıdır.

Azərbaycan Qafqaz ölkəsidir. Sözlə ifadə etmək çətindir. Bu ölkəni ancaq gəlib görmək lazımdır. Cənubi Qafqazın gözüdür Azərbaycan. Bizim trendlərdə belə bir videolar var "azərbaycanlı olduğunu demədən göstər" yazının sonuna birini əlavə edəcəm, o zaman bizim ölkəni daha yaxından tanıyacaqsız. Ölkəmiz neft ölkəsidir. Sözün əsil mənasında "qaz vurub, qazan doldururuq". Görəsən bu deyimi ingiliscə necə ifadə edim? "fill the pot by tapping the gas"

20220123_160131.jpg

video

Azərbaycan dağlıq və dağətəyi bir ölkədir, neftdən əlavə olaraq əkinçilik və maldarlıq üzrə ixtisaslaşıb. Müasir və inanılmaz təbiət gözəlliklərinə sahib bir ölkədir. Bundan başqa ölkə ərazisində o qədər kiçik xalqlar var ki, çoxmədəniyyətli bir Qafqazın mərkəzi hesab olnur.

20210814_151550.jpg

20210814_151749.jpg

20210814_151230.jpg

20210814_193212.jpg

Bəlkə də çoxunuz Azərbaycan adlı bir ölkəni Steemitdə eşitmisiniz və burada yaxından tanıma imkanınız olub. O zaman bizim topluluğu izləməyə davam edin ki, ölkəmi daha yaxşı tanıyasız.

20210822_060034.jpg

Xəzər dənizi sahilində yerləşən bir ölkə, qumlu dəniz sahili, təbii sərvətlər ilə zəngin bir ölkə.
Ölkə olaraq "Soğan olsun, nağd olsun" prinsipi ilə yaşayırıq. Bunu ingiliscə ifadə etməyə çalışaq ki, niyyətimizi gavurlar da anlasın.
"Better an egg today than a hen tomorrow."

20210813_193456.jpg

Bura da mənim böyüdüyüm kənddir. Heç vaxt əzan səsi eşidilməyən məscidimiz var, həyətində inəklər səs edir hərdən, bəni-adam izinə rast gəlmək qeyri-mümkündür.
Əsas odur ki, bizdə də var.

Life is not bad when you have bread.

Bu deyim ingiscədə yaxşı səslənir. Əgər güzəranın yaxşı keçirsə, demək, həyat yaxşıdır. Loru dildə desək, "çörək bol olarsa, basılmaz Vətən".

20220226_141345.jpg

20220219_155049.jpg

Neft ölkəsində ən görməli olduğumuz yerlər yanacaqdoldurma məntəqləridir. Bu da bariz nümunə.

20220428_133219.jpg

20220403_174559.jpg

Ölkəmizi anlatmaq üçün öz yaxın silahdaşlarımı da bu topluluğa dəvət edirəm, gəlsinlər yazsınlar. @isa545 @famil @cameron99 @urcah.com orxan-m-50

Photo by @revan746

#challenge2-week2 #steem4nigeria-s2w2 #steemexclusive #club100 #steemitazerbaijan #tr #az

Sort:  

Elə bir yazı yazacam ki, sənin yazını döysün))

 2 years ago 

You have shown great attractions of your country, which encourage anyone to visit them and learn about their culture.

Then I invite you to our country.

👍👍👍

Belə şərhlər qəbul edilmir, yekə şərh istəyirik.

Mənə tırka verməginən😉

Yenə marqlı bir post, maraqlı bir yazı. Gözəl və məzəli anlatmalarınla gülümsəmə yardırsan.

Ən yaxşı gülümsəmə curatordan səs alanda olacaq, bu yazıya səs gəlməsə yuxarılara yazacam. BMT zad))

Atalar görən o vaxt hansı mənada deyiblər " gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı ".
Adama elə gəlir ki bura elə ancaq ölməyə yarıyır.
Heç dəxli var. Get orda burda "bitdən, gəz toz, ayıfda olmasın çöplə ", axırda da leşivi gətir yıx bura.
Buraları Vətən eləyən Şəhidlərimizin başına dönüm.

 2 years ago 

I was thinking about what's so special about Azerbaijan because it's not common to hear about it in my zone, although with these pictures you presented at publication is good enough to say that is beautiful ❤️ Good luck with post.

We have a common feature with your country, we are an oil country

 2 years ago 

Yeah my friend. Of course they are. And also having the same action of respective governments that only knows how to waste unnecessarily national resources. Seriously 🤦🏻‍♀️🤷🏻‍♀️🙆🏻‍♀️

You shared pictures of some nice scenes in your country through this post, in fact I have never been able to travel outside the country. However, looking at your photos, it is clear that there are some wonderful places to travel in your country. Thank you so much for sharing with us such a beautiful place. I wish you all the best in this competition

Woow woow, I haven't heard much about Azerbaijan before but going through your article, I'm so much impressed with this country most especially it's beautiful Natural environments specializing in agriculture and livestock, it's beautiful beaches and rivers because of how it's located at the shores of caspian sea and sand sea. Woow I love this I want to know more about your country which I will probably be visiting Azerbaijan community to read articles related to the community

Thanks for making me know a little about your country @revan746

Loading...
 2 years ago 

Congratulations, your post has been supported by @steem4nigeria. This is the official community account of Nigerians on Steemit. You can reach us here on our community account.

Manual Curator : @Reminiscence01

Subscribe and Join Steem4Nigeria Telegram
Discord Facebook Twitter

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.029
BTC 57877.75
ETH 3163.24
USDT 1.00
SBD 2.26