Qəmginliyi sevdirən adam

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Hər insan göründüyündən daha bədbəxtdir. Bədbəxtliyimizi kənardan nə qədər gizlətməyə çalışsaq da öz küncümüzə çəkilib özümüzlə üzləşdiyimizdə nə qədər qəmgin olduğumuzun fərqinə varırıq. Bəs üzgün olmaq niyə bu qədər utanılacaq və gizlədiləcək bir vəziyətdir? Üstəlik hər insan bu qədər bədbəxtdirsə, bədbəxtliyimizi paylaşmaq niyə bu qədər çətindir?

iV91lnZ.jpgLink to photo

Emil Cioran öz bədbəxtliyini, bəlkə də, ən cəsurca ifadə edən filosoflardan biridir. Kitablarında bədbəxt biri olduğunu bir növ hayqırır. Təbii ki, bədbəxtliyinin yanında həyatın müəyyən qaranlıq tərəflərinə də toxunur. Bu qaranlıq tərəflərin nə olduğunu anlamaq üçün yazdığı kitabların adlarına baxmaq belə bəs edər bizlərə: "Ümidsizliyin zirvəsində", "Buruqluq", "Çürümənin kitabı", "Doğulmağın problemi üzərinə". Kitablarına bu tərzdə adlar verən birinin olduqca pessimist olduğunu təxmin edə bilərik. Ancaq Cioranın bu içqaraldan mövzuları ələ alma tərzi də digər yazarlardan fərqlidir.

İlk olaraq Cioranın qəmginliyi üzərində dayanaq. Çünki o həm məcazi, həm də həqiqi mənada qəmginliyin kitabını yazan biridir. Cioranın bu bədbəxtliyi uşaqlıqdan bəri onun arxasını buraxmamışdır. Hətta onun pessimistliyini görən anası Cioran'a belə deyər:"Bu qədər pessimist biri olacağını bilsəydim, abort edərdim". Cioranın cavabı isə anasınınkindən daha qəribədir: "Mən sadə bir qəzayam, bu qədər ciddiyə almaya ehtiyac varmı?"

IMG_20211114_173904.jpg

Gecələri yata bilməyən və gec saatlara qədər oyaq qalan Cioran ən böyük hobilərindən birinin məzarlıq gəzmək olduğunu bildirirdi. Və həyat haqqında pessimist düşüncələri ilə beyninin dolub daşdığını gördü. Sonrasında isə özünü bu düşüncələrini yazmaq məcburiyyətində hiss etmişdir. Təbii ki, onun əsərlərini oxuyanlar "niyə bu qədər pessimist yazırsan?" sualını ona vermədən dayana bilməzlər. Cioran isə bu suala yenə pessimist, ancaq səmimi bir cavab verər: "Tərtib edilən hər şey daha dözüləbiləcək hala gətirilir."

Əslində Cioranın yazı yazmasının onu xilas etdiyini düşünə bilərik. Yazılmış hər kitabın ertələnmiş bir intihar olduğunu düşünən Cioran yazı yazmağa başlamasaydı məhv olmuş bir vəziyətdə olacağını, hətta suiqəsdçi belə ola biləcəyini qeyd edir. Yazdıqlarını oxuduqda isə onun digər filosoflardan tam fərqli olduğunu görə bilərik. Hətta Ciorana tam olaraq bir filosof demək belə uyğun deyil. Digər filosoflar kimi müəyyən bir mövzuda ortaya teoriya atıb onu isbatlamaqdansa, Cioranın kitablarında əsasən etdiyi içini tökməkdir.
"Heç bir şeyi kəşf etmədim, mən sadəcə öz hisslərinin yardımcısı olmağa davam etdim".

WhatsApp Image 2021-11-16 at 11.22.38.jpeg

Belə bir qəribə şəxsiyyətdir Emil Cioran. Onun əsərlərini oxumağı hər kəsə tövsiyə etmərəm. Çünki Cioran, bədbəxtliyinə qarşı gəlmək istəyənlərin deyil, bədbəxtliyini qəbul edənlərin oxuyacağı bir yazıçıdır. Və onun fəlsəfəsinə geri dönüb baxdığımızda Cioranın bədbəxtliyə qarşı 2 tərəfli baxış aspekti olduğunu görürük. Bunlardan biri həyatı çox da ciddiyə almamaqdır. Verdiyi reportajlarda bu vəziyəti asanlıqla görə bilərik. Cioran pessimist biri olmasına baxmayaraq bu pessimistliyin onu ələ keçirməsinə icazə verməyib. Dünyanı anlamsız və boş bir yer olaraq görməsi pessimistliyin yanında insana bir rahatlıq da verməkdədir. Ancaq Cioranın öz bədbəxtliyi ilə yaşamaya uyğunlaşmasını təmin edən əsas amil onun bədbəxtliyi bir düşmən kimi görməməsidir. O, məyusluğun da özünə bir şeylər qatdığını bilirdi. Ancaq qəmgin və depressiv halda olarkən yazı yaza bilməsi belə bədbəxtlik dediyimiz duyğunun yaradıcı və dərin bir tərəfi olduğunu göstərir. Bədbəxtliyin bu ikili təbiətinə qarşı söylədiyi bu sözlər, onu daha yaxşı anlamağımıza kömək edir:

"Bədbəxtliyini sev, xoşbəxtliyindən iyrən. Hər şey bir-birinə qarışar. Bütün qazanclar bir itki, bütün itkilər bir qazancdır". E.M.Cioran

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59961.00
ETH 3199.92
USDT 1.00
SBD 2.46