Nietzsche və Üstinsan

in Steemit Azerbaijan☪✔3 years ago

Nietzsche187a.jpg
Link to Photo

Nietszche... Oxunuşu rahat (niçe), yazılışı çətin, başa düşülməsi daha çətin olan filosof. O "Belə buyurdu zərdüşt" kitabında bir anlayış ortaya atar: Üstinsan. Adı qədər mənası da qəribədir bu anlayışın. Nietzsche təkamülün insanla bitdiyinə inanmaz, insanların təkamülə davam edib bir üst pilləyə, yəni üstinsana çatabiləcəyini deyər. Ancaq o, insanın fiziki yox, zehni təkamül edəcəyinə inanar. Və bu təkamülü tamamlayanlara üstinsan deyər. Bəs nədir bu üstinsanın sahib olduğu xüsusiyyətlər?

IMG_20211019_202038.jpg
İlk olaraq, üstinsan öz yolundan gedər. O özünü müəyyən qaydalara, sistemlərə və inanclara aid etməz. Bunları rədd edər və öz ideallarını hər şeydən üstün tutar. Bu səbəndəndir ki, onlar həyatlarının bir hissəsində cəmiyət tərəfindən uzaqlaşdırılan, yalnız və narahat insanlar ola bilərlər. Ancaq üstinsan üçün öz yolunda yalnız getmək, başqalarının yolunda insanlarla birgə getməkdən daha önəmlidir.
.
İkincisi, üstinsan əzab çəkməkdən çəkinməz. Öz yolunda irəliləyən birisi olduğu üçün yetərincə əzabla, əziyətlə qarşılaşacağından xəbərdardır. Ancaq onun üçün əzab çəkmək öz yolunda getmə cəsarətinə sahib olduğunun bir sübutudur. Hətta əzab çəkmənin yaxşı şeylərin lazımlı bir parçası olduğuna inanır. Eyni zamanda Nietzsche, alkoqol və narkotiklərə də olduqca qarşıdır. Çünkü bunlar çəkilən ağrını yüngülləşdirirlər. Nietzsche'yə görə isə ağrı bütün dolğunluğu ilə hiss edilməlidir.

IMG_20210730_214735.jpg

Üstinsan eqoistdir. Nietzsche insanların daxilən özündənrazı varlıqlar olduğunu düşünür. Ancaq insanların eqolarını rədd etməsi yerinə, eqoist təbiətlərini qəbul edib özlərini üstinsana çevirməsini istəyər. Nietzsche nin bəhs etdiyi eqoizm başqalarının haqqını yeyən, fürsətçi bir insan olmaq deyildir. O, insanın öz həyatını idarə etmə, haqqını axtarmaq və öz yolundan getmə eqoistliyi göstərməsini istəyər. Qısacası, eqoist olmaq özün olmaqdır üstinsana görə.
.
Üstinsan diqqətini sadəcə bu dünyaya cəmləyər. Hər halda Nietzsche nin bir tanrıtanımaz olduğunu deməyə ehtiyac yoxdur. "Tanrı öldü!" Deyən birinin inanclı olmadığı məlumdur. Cənnət cəhənnən kimi inanclara da inanmaz o. Və üstinsandan da yalnız yaşadığı dünyaya fikir verməsini istəyər. Üstinsan üçün bu dünya onun tək şansıdır. Əlindən gələnin ən yaxşısını edərək bu şansı düzgün qiymətləndirməlidir.

IMG_20211019_205626.jpg
Nietzsche ,həqiqətən, mübahisəli bir fiqurdur. Və o zamanlarda ortaya atdığı bu fikirlərin kilsə və xristianlar tərəfindən nə dərəcədə reaksiya gördüyünü təxmin edə bilərik. Kilsə insanlara "İsa'nın yolundan gedin" deyərkən Nietzsche "öz yolunuzdan gedin deyər". Kilsə "eqoist olmayın" deyəndə Nietzsche "eqoist təbiətinizi qəbul edin" deyər. Kilsə "ölümdən sonrakı dünyanı düşünün" deyəndə Nietzsche "bu dünyaya yönəlin" deyər. Üstəlik o, bu fikirlərinə mənfi reaksiyaların gələcəyini bilərək
"Əminəm ki, mənim üstinsan dediyimə siz şeytan deyəcəksiniz" demişdir.
.
Həm də üstinsanın xarakterinə baxarsaq, yaxşı insanlarla birlikdə pis insanların da üstinsan ola biləcəyini görərik. Hətta Nietzsche'dən təsirlənənlərdən biri də Hitlerdir. Onun Nietzsche'nin fikirlərindən təsirləndiyi açıqdır. Ancaq bunu da aydınlaşdırım ki, Nietzsche bu konsepti ilə nə bir faşist yaratmaq, nə də pislərə cəsarət vermək istəmişdir. Onun əsas məqsədi bir insanın tam potensialına çatmasını təmin edib, həyatına məna qatmaqdır.
Üstinsan mübahisəli və həssas bir anlayışdır. Ucuaçıq olduğu üçün bəzən təhlükəli mövzu ola bilir. Nietzschenin bu fikirlərinə qatılıb qatılmamaq hamının şəxsi fikiridir. Amma o zamanlarda belə həssas mövzulara girmə cəsarəti göstərməsi belə onun xüsusi bir filosof olduğunu sübut edir.
.
Bura qədər oxudunuzsa təşəkkürlər. Fikirlərinizi bölüşə bilərsiniz. :)

Sort:  
 3 years ago (edited)

Təşəkkür.. Sevə-sevə oxuduğum dahilərdəndir. Yazdığı "Zərdüşt belə deyirdi" çox gözəldir. Ümumiyyətlə Zərdüştlə bağlı oxumağı hamıya tövsiyə edərdim. Maraqla oxudum

 3 years ago (edited)

Üstinsan anlayışı özü elə eqoizmin göstəricisidir. İndiyə qədər gəlib keçmiş və gələcək olanlar da öz fikirlərində doğru olduğuna inanacaqlar. Mənim öz şəxsi idrakıma görə canlı və cansız həyatda vasitəçilikdən ibarətdir. Yəni hərəkət edən, yerini dəyişən, təsir edən hər şey ölçüsündən aslı olmayaraq malekul toplusudur. Özümüzü çox da bir şey zənn etməyək.))

İnsan çox bildikcə özünə təhlükələr yaradır. Məncə, insan bir mərhələdən sonra özünə "dur" deməyi bacarmalıdır.

 3 years ago 

Bir yerdə dur desək də... Ətrafa görə də yaşayanlar az deyil aramızda.

 3 years ago 

Psixikası pozulmuş dahilər sırasında olsa da, ideyaları dünya fəlsəfi xəzinəsini zənginləşdirib.

 3 years ago 

Steemit Azerbaijan topluluğunda həyata keçirilən yeni projedə sizə uğurlar!!! Bizimlə qalın.
Steemit Student_1.png

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60061.12
ETH 3196.84
USDT 1.00
SBD 2.45