Arthur Schopenhauer və pessimizm

in Steemit Azerbaijan☪✔3 years ago

İnsanlarmı pessimistdir, yoxsa həyatmı? Yəqin ki, ikisi də. Həyatın insana yaşatdığı qarşısı alınmaz acılar var. Ölüm, xəstəlik və təbii fəlakətlər kimi. Eyni zamanda insanın insana yaşatdığı acılar var ki, məncə bu ən pisidir. Bu dilemma arasında qalan birinin pessimist olması qaçınılmazdır. Cəmiyyət bizi pessimist olmamağa yönləndirir. Ancaq Arthur Schopenhauer fikirləri ilə içimizdəki pessimistliyi daha da bəsliyir. Sahib olduğu fikirlər insanın içini qaraltsa da bunu cəsurca deməkdən çəkinmir.

IMG_20211109_185635.jpg

Həyatın məqsədi xoşbəxt olmaqmı? Xoşbəxtliyi həyatımızdakı ən yüksək dəyər kimimi qəbul etməliyik? Schopenhauer'ə görə insanın xoşbəxt olmağa çabalaması belə məntiqsiz bir davranışdır. Çünki ,ona görə, dünya bizim xoşbəxt olmağımız üçün qurulmadı. O bu fikrinə misal olaraq yaşlı insanları örnək göstərir. Yaşlı insanların üzlərinə baxdığımızda ,əsasən, görəcəyimiz şey məyusluqdur. Bu insan həyatına geri dönüb baxdıqda dünya ilə olan xoşbəxtlik mübarizəsində məğlub olduğunun fərqinə varır. Çünki bizi xoşbəxt etməmək üçün proqramlanmış bir dünyada xoşbəxtliyi axtarmaq axıntıya qarşı tərs üzməyə bənzəyir. Eyni zamanda Schopenhauer'ə görə, yetərindən artıq sevincli olmaq da düşündüyümüz qədər yaxşı deyil.

"Fəlakətdən qurtulmanın ən etibarlı yolu, çox xoşbəxt olmağı gözləməməkdir." deyər o.

Və əmindir ki, artıq xoşbəxtlik artıq hüzünü də yanında gətirər. Bir duyğunu artıqlaması ilə yaşayan biri, o duyğunun tam tərsini də eyniylə yaşayacaqdır. Ümumiyyətlə, xoşbəxtliyi istəklə arzulasaq, onunla birlikdə hüzünü də əldə etmiş olacağıq. Bəs xoşbəxtliyi hədəf olaraq qoymaq yanlışsa hədəfimiz nə olmalı?
IMG_20211109_215611.jpg

Schopenhauer diqqətimizi xoşbəxtlik və müxtəlif zövqlərə yönəltməyimizin yerinə ağrılara və əzablara yönəlməyimizi məsləhət görür. Ona görə, etməmiz gərəkən xoşbəxtliyi artırmaq yox, ağrıları azaltmaqdır. Bəs ağrılar necə azaltılır?

Schopenhauer bu mövzuda bizə 2 həll yolu göstərir. Onun ilk tövsiyəsi incəsənət və fəlsəfə ilə maraqlanmaqdır. Burada o xüsusilə incəsənətin insan üzərindəki təsirini qeyd edir. Gözəl icra edilmiş bir sənət bəlkə insanı xoşbəxt etməyə bilər. Bəlkə gündəlik problemlərini də həll etməyə bilər. Ancaq insanı yaşadığı reallıqdan qopararaq ona bir müddətlik rahatlama yaşadar. İnsanın acısını tamamilə yox etməsə də yüngüllətər.
IMG_20211109_211422.jpg
Schopenhauerin ikinci tövsiyəsi isə "Qəhrəmanca yaşamaq" dediyi vəziyətdir. Ona görə "Qəhrəmanca yaşamaq" həyatdakı hər cür zövq, arzu, və ehtirasdan sıyrılmaqdır. İnsanlardan uzaq bir yerdə yalnız yaşamaq və dünyəvi arzularla olan əlaqəsini tamamilə kəsməkdir.

Bütün bunların yanında dünyanın acılarla dolu olduğu fikri insana bədbinlik verir. Nəticədə həyat bu qədər saxta və əzab doluysa insanlar niyə əzmlə yaşamağa davam edirlər ki?

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62170.06
ETH 2415.65
USDT 1.00
SBD 2.65