Albert Camus və həyatın absurdluğu

in Steemit Azerbaijan☪✔3 years ago

Albert Camus... Fransız filosof, eyni zamanda qapıçı. Bəli, vaxtilə futbol qapıçısı olmuşdur. Bu sahədə olduqca uğurlu olduğunu da qeyd edə bilərəm. Ancaq vərəmə yoluxduğu üçün futbolu tərgitmişdır. Futbolçudan filosofa keçid çox görülməyən bir haldır. Oysa ki, futbol kariyerası düşüncə tərzini də dəyişmişdir Camus'un.

"Əxlan haqqında nə bilirəmsə, bunu futbola borcluyam. Çünki top heç zaman gözlədiyim yerdən gəlmədi."

Albert-Camus-smoking.jpg
Link to photo
Albert Camus da hər filosof kimi həyatın mənası probleminə baş yordu və bu problemə bir cavab tapa bilmədi. O da digərləri kimi həyatın bir mənasının olmadığına inanırdı. İnsanların həyata məna yükləməyə olan həvəsini isə absurd olaraq qiymətləndirdi. Çünki insanlar özündə anlamsız olan bir dünyaya anlam yükləməyə çalışırdılar. Absurdluq tam da burdaydı.
"Yaşamın anlamını axtardığın müddətcə heç yaşaya bilməyəcəksən" demişdir Camus.

IMG_20211109_202743.jpg

O bu məna axtarışını kral Sisifosun hekayəsinə bənzədər. Sisifos olduqca günahkar bir kraldır. Bunu görən tanrılar onu cəzalandırmaq istəyər. Ona böyük bir qaya parçası verər və bunu dağın təpəsinə çıxarmasını əmr edərlər. Sisifos isə hər səfərində uğursuz olar. Yenidən yoxlayar, yenə uğursuz olar. Tam çıxarmaq üzrədir, yenə bacarmaz. Camus da insanı Sisifosa bənzədir. Sisifos nə qədər güclü və inadkar kral olsa da o qayanı dağın başına qaldıra bilməz. İnsan da nə qədər ağıllı və intellektual olsa da, həyatın öncədən hazırlanmış bir mənası olduğunu kəşf edə bilməz. Bəs bu halda nə etməli? Nəticədə, həyatın mənasız və absurd oluşu insanın yaşamağa olan motivasiyasını zədələyir. Bütün o çəkilən əzablar, qurulan xəyallar, insan münasibətləri bir heç uğrunamı? Elədirsə, ölməklə yaşamaq arasında nə fərq qalır ki? Yoxsa çözüm intiharmı?

IMG_20211030_163904.jpg

Camus'dan bəhs edərkən intihar anlayışınnan bəhs etməmək olmazdı. Çünki o intihara ,bəlkə də, ən çox önəm verən filosofdur. Hətta intiharı həqiqətən önəmli olan tək fəlsəfi problem sayar. Ancaq həyatın anlamsızlığı mövzusunda nə qədər pessimist olsa da, yaşamaq mövzusunda da bir o qədər optimistdir. İntihara olduqca qarşıdır. Bütün bu anlamsızlığa və absurdluğa qarşı insanın inadla yaşaması gərəkdiyini düşünür. İntihar nə qədər cəsarət tələb edən bir iş kimi görünsə də, Camus cəsarətin yaşamaya davam etmək olduğunu qeyd edir. Özü də fəlsəfənin qaranlıq sularında çox zaman keçirməyinə baxmayaraq heç vaxt intiharı seçməmişdir.

Camus'un ölümü tragedik, hətta fikirləri kimi absurd olmuşdur. Camus maşınlardan qorxan birisidir və "Ən qəribə ölüm şəkli nədir?" sualına "Bir avtomobil qəzasında ölmək" cavabını vermişdir. Və o bir avtomobil qəzasında vəfat edər. Bundan daha absurdu isə, onun cəsədində tapılan qatar biletidir. Ölümündən sonra məlum olmuşdur ki, Camus son anda fikrini dəyişmiş və qatarın əvəzinə maşınla səyahət etməyi seçmişdir.

IMG_20211111_222708.jpg

Qəribə bir filosofdur Albert Camus. Və Sisifos hekayəsi ilə bağlı bizə son olaraq bunları deyər bizə:

"Sisifon qayanı təpəyə çıxararkən qaya aşağıya yuvarlanmaya başlayanda yuxarıdan qayaya baxar və üzündə yüngül bir gülümsəmə yaranar. İnsan bax buna görə yaşamalıdır. Təpələrə doğru təkbaşına dirənmək belə bir insanın ürəyini doldurmaya yetər."

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60115.56
ETH 3203.28
USDT 1.00
SBD 2.46