Məhəlləmizin gecə görüntüsü

in Steemit Azerbaijan☪✔2 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

IMG20220418002953.jpg

Məhəlləmizin gecə vaxtı nə qədər sakit olduğunu görüb şəkillərini çəkdim. Ay işığı məhəlləmizə xüsusi bir yaraşıq verir. On beş gecəlik ayın da özünəməxsus bir gözəlliyi də var.

IMG20220418003057.jpg

İnsan əlindən, səs-küydən əsər əlamət qalmayıb. Hava sərin və sakitdir. Axşamın da öz gözəlliyi var. Pişiklərdən başqa heç bir kəs yoxdur. Yəqin hər kəs yatıb. İnsan yaşa dolduqca, sakitlik axtarır.

IMG20220418003035.jpg

Məhəlləmizdə balaca bir market var. Marketin ətrafı hər zaman insanla dolu olur. İndi gecənin bu vaxtı market də bağlıdır. İnsanlar da evlərinə çəkilib ya yatir, ya da mənim kimi oturub tv-nin qabağında kinoya baxır. Hər nə olsa da, məhəllədə ğozəl bir sakitlik var.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59479.71
ETH 3174.48
USDT 1.00
SBD 2.44