Ölmədən öncə görüləcək yerlər-Qütb işıqları🌏🌕

Salamlar🖐🖐
Bu dəfə necəsiniz deyə soruşmuram. Hər kəsin içində bir ağırlıqla gününü keçirdiyini bilirəm. Dünyada baş verən hadisələr hamımıza təsir edir . Bir tərəfdən 3 cü dünya müharibəsi başlasa nə olacaq düşüncəsi, bir tərəfdən bu əsrdədə nə torpaq davası düşüncəsi, axırımız hara gedir düşüncəsi ilə həyatımız keçiririk. Beynimizdəki suallardan azad olmaq üçün dünya gözəlliklərində birini sizə yazıraç.
Qütb işıqları-Qütb parıltısı - Aurora

Screenshot_20220227-125431_Instagram.jpg
Link

Ölmədən öncə edəcəklərim içində bu işıqları izləmək var. O qədər möcüzəvi gəlir ki , bu hadisə mənə. Hər zaman maraqlı olub ki, bu işıqlar necə yaranır , niyə bu rənglərdə olur, niyə ancaq bu bölgələrdə ortaya çıxıt kimi sualları araşdırıb öyrəndiyim məlumatları sizinlə bölüşmək istədim.

Ilki bu işıqların yaranma səbəbləridir. Dünyanın maqnit sahəsi şimal və cənub qütbünün sıfır nöqtələridir.Və günəşdən yerə müxtəlif yüklü hissəciklər püskürülür.Günəşin püskürdüyü elektrik yüklü hissəcik axını Yerin maqnit sahəsi və atmosferə daxil olarkən qarşılıqlı təsir yaranır ki, bu toqquşmaların təsirindən çıxan enerji işıq şüası şəklində ətrafa yayılır. Bu çəkim gücünün ən çox olduğu bölgələrdə Şimal və Cənub qütblərinin sıfır nöqtələri olduğu üçün işıqlar bu bölgələrdə yaranır. Dünyada bu işıq rəqslərinə fərqli adlar verilir. Məsələr Cənub qütbündə Aurora Australis , adlanır. Şimal qütbündə isə Aurora Borealis, Aurora Borealis, Northern Lights kimi fərqli adlar verilir. Bu işıqların fərqli rəngdə olmasının səbəbidə vardır.Beləki hər bir atom növü özünə uyğun rəng yaradır. Məsələn oksigen molekulları yüksəkliyə bağlı olaraq yaşıl yada qırmızı işıqlar yaradır. Mavi işıqların səbəbi isə Azot molekullarıdır.Bu molekullarda Atmosferdə çox olduğundan bu işıqlar mavi , qırmızı və yaşıl rəngdə olurlar. Oksigen atomuda çox olduğundan qütb işıqları adətən yaşıl üzərində qırmızı rənglərdən ibarət olur.

Screenshot_20220227-125339_Instagram.jpg

Qütb işıqlarının görünməsi üçün səma açıq və qaranlıq olmalıdır. Dünyada ən məşhur nədənsə şimal qütbünün işıqlarıdır. Bu işıqların necə hansı vaxtda harada olmasını öyrənmək üçün bir neçə proqram App var. Məsələn “Aurora Forecast” bu proqram bunlardan biridir. Bu işıqları İsveç, Finlandiya, Rusiya, Norveç, Kanada və s. Ölkələrdə görünür. Hər il minlərlə insan bu işları görmək üçün bu ölkələrə üz tuturlar. Araşdırmalarıma görə isə maddi cəhətdən ən uyğunu Rusiyadır . Murmanks vilayəti .

Screenshot_20220227-130942_Instagram.jpg
Link

Bu günlükdə bu qədər . Oxuduğunuz üçün öncədən təşəkkürlər.♥️

Coin Marketplace

STEEM 0.21
TRX 0.20
JST 0.033
BTC 94693.28
ETH 3119.47
USDT 1.00
SBD 3.05