Möhtəşəm bir dünya: Beynimiz

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

IMG_20211228_193145.jpg

Oğlum Murad konkret mırtdı. Özünü bəzən elə aparır ki deyirsən yəqin 20-30 yaşı var. Bəzən də özünü elə aparır ki elə deyirsən ki uşaqdır ki uşaq. Beynimiz bizə bir dünya təsvir edib. Hal-hazır ki dünyanı nəzərdə tuturam. Bu dünya bizim beynimizin məhsuludur. Gördüyümüzü beynimiz bizə təlqin edir və biz bu dünyanı görmək istədiyimiz kimi yox, onu bizə göstərdiyi kimi görürük. Hər şey göz və beynin koordinasiyası ilə insanın həyatında təcəssüm edir.

Metaverse:

Bu sözü yəqin ki son zamanlar da çox eşitmisiniz. Çox eşitməyinizin əsas səbəblərindən biri odur ki, bir qrup insan üçün hər kəsin görə bildiyi bir dünya özəl deyil. Sadəcə yaşadıqları onun üçün özəldir. Buna görə də milyardları olan insanlar, bu dünyanı hər kəsin paylaşdığı şəkildə paylaşsa da, öz dünyalarını yaratmaq fikrinə düşüblər və əmin olun ki çox qısa zamanda buna nail olacaqlar. Və hamımız onların yaratdığı dünyada yaşayacaq və təcrübə edəcəyik. Sizə onu deyim ki o dünyadakı (METAVERSE) torpaq satışları artıq var. Birjaya girərək özünüzə torpaq ala, sata bilərsiniz.

IMG_20211228_193157.jpg

Günümüz dünyası bizi çox fərqli bir yerə aparacaq. Bu necə olacaq? Gəlin sizə onu da qısaca anlatım. 2002-ci ildə Azərbaycana ilk dəfə kompüter cihazları gələndə valideynlərimiz bizə qarşı idi. Çünki o kompüterlər bizə fərqli bir dünya ilə təmas və oyun oynamaq şansı vermişdi. İlk çıxdığı illərdə kompüterə girən qızlara hətta pozğun damğasını da rahatlıqla vururdular xatırlayırsınızsa. Halbuki günümüz insanın gündəlik həyatı "İNTERNET" ilə iç içədir.

Həmin formada gələcək METAVERSE dünyası. İlk başlarda yenə ailələr və valideynlər buna qarşı çıxacaq. Daha sonra isə həmin METAVERSE dünyasında öz mağazanızı aça, kripto pullar qazana, alış veriş edə biləcəksiniz. Ən çox zəngin olanlar isə bu dünya ilə tez adaptasiya olanlar və kompüter proqramistləri olacaq. Çünki onlar o dünyanı dizayn edən şəxslər olacaq.

IMG_20211228_193200.jpg

Buna nə qədər hazırsınız?
Ən qısa zamanda "BİRJA" əməliyyatları ilə məşğul olmağı hər kəsə tövsiyyə edirəm. Siz siz olun yeniliklərdən qaçmayın. Qucaqlamağa çalışın.

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62153.21
ETH 2411.09
USDT 1.00
SBD 2.64