Mədəniyyətlər çaxnaşanda

in Steemit Azerbaijan☪✔3 years ago

Mədəniyyətlər o qədər önəmli bir faktordu ki, qarşılaşdığı və toqquşduğu anda bir biri ilə sintezlənir. Eynilə iki fərqli dərili insan insan kimi. Orta şərq bildiyiniz kimi insanlığın ilk başladığı və burdan dünyaya dağıldığı ərazi kimi təqdim olunur. Ona görə də dünyanın ilk və qədim mənədiyyət tikililəri bu ərazinin payına düşür. Son 2-3 ildə Türkiyədə qazıntılar zamanı ortaya çıxan tikililər kimi. İnsanların və alimlərin tez tez tarixə yenilik etmələri bundan dolayıdır. İlk qazıntılar insanların eramızdan evvəl 1-ci yüz illikdə alqı satqı ilə məşğul olduğunu ortaya qoymuşdu. Amma sonra 100 illikdə tapılan tarixi abidələr bunun əksini isbat etdi. DAha keçmişə 7-ci min illiyə baxmamızı söylədi.

Orta şərqin hər şeyi qərbdən və şərqdən daha mənəvi və hissidir. İnsanların hislərinə daha çox toxunur burda mədəniyyət izləri. Bu səbəbdəndir ki dünyanın ən böyük düşünürləri məhz bu coğrafiyanın payına düşür. Durmadan sivilzasiyaların birləşməsi, toqquşması, savaşması və ortaya çıxan genetik fon dəyişməyə başlayır. Çox yerdə eşitmişik ki Coğrafiya qədərdir. Əslində coğrafiya qədər deyil, insanın genetikası onun qədəridir. Bu hal-hazırda yaşadığımız coğrafiyanın problemlər boğuşmasının ən böyük səbəblərindən biri şərqli olduqları (emosianal, davakar, hissi) halda özlərini qərb sivilzasiyalarına oxşatmaları ilə bağlıdır. Biz şərqli olduğumuzdan utanmamalıyıq əslində. Şərqli olmaq ümumi götürəndə qərbli olmaqdan daha avantajlıdır. Sadəcə qərb sivilzasiyası hər şeyi məntiq prizmasından yanaşdığı üçün bu gün könlümüzə daha xoş gəlir. Məhz buna görə də Nizam və Xaos baxımından şərq hər zaman qərbi üstələyib. Çünki qərb nizamlı şəkildə irəliləməyi sevir. Şərq isə xaotikdir. Hər şeyə ani reaksiya verməyi və bu xaotik düzənlə ayaqlaşmağı daha tez mənimsəyir.

Xatırlayırsınızsa 1-2 ay bundan qabaq Britaniyada Tır sürücüsü qıtlığı yaranmışdı (hələ də davam edir) və Britaniya öz vətəndaşlarından tır vəsiqəsi olanları axtarırdı və tapa bilmədiyi üçün problem həll olunmadan qalırdı. Halbuki həmin problem bizdə olsa idi, rəhbərlik səviyyəsində bütün kamaz şoferlərini buna cəlb etmişdilər. Və belə bir problem də olmayacaqdı. Bu bizim hər şeyə şərqli kimi yanaşmağımızı göstərir. Ona görə də ən kiçik çalxantıda daima nizamlı hərəkət edən qərb, tez dağılır və kiçik görünən şeylər orda xaotik hal alır. Bu əslində bütün dünyada gedir. Məsləki iş yerləri yavaş yavaş azalır və tələbat artır.

Sizcə mədəniyyətlər çaxnaşanda ən yuxarıda qoyduğum videodakı kimi bir musiqinin formalaşması pisdir yoxsa yaxşıdır?

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62153.21
ETH 2411.09
USDT 1.00
SBD 2.64