Hamımız kompüter oyunundayıq

in Steemit Azerbaijan☪✔3 years ago

IMG_20211205_094253.jpg

Elon Musk adlı bir milyarder, tvitterdə belə bir açıqlama verdi ki hamımız kompüter oyununun içindəyik və buna sübutlarım var. Təbii ki mən Elon Musk deyiləm ona görə 5-6 il qabaq dost ortamında bu sözü dediyimə görə mənə kafir deyirdilər :) amma görünən odur ki bu sözü dünyaca tanınmış milyarder deyəndə TV və sosial mediada müzakirələr aparılmağa başıadılar. Dünəndən bütün yazılı və şəkilli media platformaları bunu müzakirə edir. Tərs kimi bu sırada BTC yerə çaxıldı. 42.000 ə qədər düşdü. İndi yavaş yavaş qalxmağa başlayıb. Nəysə gələk oçen vajno məsələyə. Elon müəllimin dediyinə görə dünya SİMS oyununa bənzəyir və hamımız bu oyunun içindəyik. Zamanında mən də oynayırdım bu oyunu.
IMG_20211205_094941.jpg

Əxim Rəvan məni 10 ildən çoxdu tanıdığına görə bu cür fikirlər (absurd) səsləndirə biləcəyimi sizə deyə bilər. The SİMS oyununda bir nəfəri lap uşaqlıqdan. Çağa ikən götürürsən və başlayırsan onu böyütməyə. Amma belə bir şey var. Bezəndə kasıbçılıqdan, müəyyən kodları yazaraq özünü varlandıra bilirdin. Burdan məni oynayan əclafa demək istəyirəm ki alə krisa olma, biraz oyuna pul qoy. Nə vaxta qədər mən öz gücümə inkişaf edəcəm?

IMG_20211205_095331.jpg

İndi ortaya belə bir sual çıxır. Ya Elon Musk həqiqətən doğrunu söyləyirsə? Sizcə nə baş verər dünyada? Açığı desəm mən fantastik həyatı sevirəm. Nə qədər realist biri olsam da bilim kurgu dünyası tam mənə görədir. Zənnimcə həyat hər kəsin haqqı deyil. Yaşamağı bilənlərin və mübarizə aparanların haqqıdır. Qalanları kanımca silinib getməlidir. Shift+Delete ilə. Birdəfəlik.

Əgər mənim bu yazdığımı məni oynayan görürsə bir istəyim daha var. Apara bilirsənsə məni bu dünyadan qurtar başqa planeta. Yox mümkün deyilsə Amerika üçün viza təşkil elə. Çıxıb cəhənnəm olaq bu xarabadan.

Məncə düşünməyə dəyər Elon Musk ın dediklərini. Xüdahafiz.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 58668.45
ETH 3162.85
USDT 1.00
SBD 2.44