Dünya hamilədir.

in Steemit Azerbaijan☪✔3 years ago

hamile dünya.jpg

Dünya hamilədir. Bilirəm biraz absurt bir bənzətmədir. Amma dünyada hər şeyin xaotik baş verdiyi mərhələdə bir şeylərin yenə hər şeyi nizama salması şərtdir. Necəki bir zamanların xaotik inkişafını "İnternet" tənzimlədi. İndi də həmin dəyişiklik mərhələsindəyik. Gündəmi məşğul edən başlıqları ələ alsaq, "Rusiyanın zorbalığı" "Crypto coin" "Metaverse" "Humandroid" lər və "Çinin qeyri sabit inkişafı" bütün dünyanı məşğul edib. Buna bənzər inkişaf templərini 1912-ci ildə yaşadıq və ardınca 1914-1918-ci ildə baş verən 1-ci Dünya müharibəsini gördük. Hətta o fürsətdən istifadə edib Azərbaycan kimi ölkələr özlərinə ilk respublikalarını qurdu. Çünki köhnə imperiyalar dağıldı demək olar hamısı. Rusiya və Çindən başqa. 1939-cu ildə Almaniyanın sənaye inqilabı sayəsində inkişafı gözünü döndürdü və Rusiya imperiyasını çökdürmək qərarına gəldi. Çünki Rusiyanın bitməyən təbii sərvətləri Almaniyanın əlində durmadan dəyərlənən zinət əşyası deməkdir. Amma nə oldu? ABŞ, Avropanın bir sıra ölkələri birləşərək Rusiyaya yardım etdilər və Hitleri devirdilər. 2-cinin üstündən 80 il keçib və yenə idarəolunmayan güclər (Rusiya, Çin və Şimali Koreya) ortalıqda gövdə göstərisi edirlər. Nəticə etibarilə yerdə qalan 3 imperiya da dağılmalıdır. Ona görə başlıqda dünya hamilədir dedim. Hazır olmaq lazımdır əzizlər. Maksimum intellektual və IT sahəsində özünüzü inkişaf etdiyin. Çünki bu dəyişiklikdə nəinki ölkələr, passiv və dünyaya heç bir faydası olmayan vətəndaşlar da aşsüzəndən süzüləcək.

Dünya bir yeniliyə hamilədir..jpg

Yeniliklər hər zaman ağrılı olur. Çünki günümüz texnologiyasının bünövrəsi IT Technology`dir. Amma günümüzdə hələ də yeraltı enerji vasitələrinə tələbat var. Bunu təmiz aradan qaldırmaq lazımdır ki boş kisədən yeyən, heç bir şey xərcləmədən boş yeyən ölkələr (Ərəb ölkələri, Azərbaycan, Rusiya və s. ) kimi ölkədə artıq öz ayaqları üzərində dursunlar. Təsəvvür edin ki İnkişaf Etmiş Ölkələrin (İEÖ) milyardlar xərcləyib ərsəyə gətirdiyi texnologiyaya bizim kimi ölkələr pul verib sahib olur və hələ bu da az imiş kimi həmin ölkələrə şıllaq atır. Bu bir qulun ağasının sözünü dinləməməsi deməkdir. Ki, yeni dünyada artıq buna yer yoxdur.

oil countries.png

Sizə bir şey daha deyim ki hal-hazırda yaşadığımız dünyaya acımasız və ədalətsiz deyənlər nəzərə alsınlar ki yeni sistem çox daha acımasız olacaq. Buna hazırlıqlı olmaq lazımdır. Üzr istəyirəm ifadəmə görə, "əlindən götündən" bir iş gəlməyənlər artıq indiki kimi də yaşaya bilməyəcək. Ya ölməlidirlər ya da qul olmalı olacaq. Günü gündən bahalaşan hər şey buna əyani sübutdur. Mümkün qədər sərmayəniz olsun valyutada olması şərt deyil.

Dünya hamilədir və dünyaya gələcək şeyin uşaq, yoxsa başqa bir şey olacağı məlum deyil.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 58617.29
ETH 3164.87
USDT 1.00
SBD 2.44