club5050 || Əyləncənin kralı

in Steemit Azerbaijan☪✔3 years ago

1.jpg

Uzun zaman idi ki (2-3 il) Tarqoviyə (Nizami küç.) getmirdim. Çünki orda çox nadir hallarda işim olur. Adətən oturaqlı əyləncələri daha çox sevirəm. Belə ki, gedib ailəmlə hansısa restoranda, əyləncə məkanında əylənmək, təbiət qoynunda istirahət etmək mənə daha əlverişli və maraqlı gəlirdi. Cümə günü Heydər Əliyev adına Respublika sarayında keçirilməsi planlanan "Planet Parni iz Baku" proqramına 2 bilet həddiyə aldım. Planım bu idi ki uşaqları anamgilə qoyub ər-arvad ikimiz bir yerdə gedib baxaq. Sonradan yadıma düşdü ki mən hələ vaksin olmamışam və beləliklə əyləncəm təxirə salındı. Bu təxirə salınmanı düzəltmək üçün isə veriliş 7+ yaş qrupu olduğu üçün ana-qız "Planet Parni iz Baku" proqramına, biz ata bala isə Tarqoviyə gəzməyə gedəsi olduq. Murad özü də 2 yaşından bu yana böyük ehtimalla Tarqoviyə getməyib. Çünki bizim yolumuz o tərəfə düşməyib. Onu deyə bilərəm ki Tarqovidə hər şey dəyişib, sadəcə istirahət edənlər xaric. Görünən odur ki istirahət edənlər üçün Tarqovi hələ də vazkeçilməzdir.

2.jpg
Tarqoviyə girən kimi Murad səsini başına atdı ki mən "Karusel" ə minmək istəyirəm. İlk öncə hava soyuq olduğu üçün mindirmək istəmədim, amma sonra fikrimdən vaz keçdim. Ən gülməlisi isə kassada baş verdi. 3 AZN verib bilet aldım həmin bilet saat 13:53-də kiməsə satılmış çek idi. İlk öncə təəccübləndim sonra məlum oldu ki həmin bileti biz qapıdakı adama veririk, həmin adam da onu içəri kassaya geri verir. Və beləcə Park İdarəsi vergidən yayınır. Gündə 500 nəfərin vergisini vermək əvəzinə 50-60 nəfərin vergisini verərək yola vermiş olur. Heçnə dəyişməyib. Köhnə hamam köhnə tas. Hər şey bir qırağa biz ata-bala əməllicə əyənmişik.
2.jpg
Muradın tez-tez, ata bu qız gözəldi, saçları buruqdu deməsi isə ayrı aləmdi. İndidən qızları gözünə kəsdirib. Mənim cavanlığımdakının yarısı qədər olsa başım bəlaya girəcək bunu 100% bilirəm. Yaxşı tərəfi odur ki pis əylənmədik. Təsəvvür edin ki Murad yaşda (5 yaş) uşaq H. Əliyev adına Respublika sarayından Tarqoviyə Karuselə qədər öz ayağı ilə gedib qayıdıb. Və yorulmadığını dedi. Məni eyni zamanda bu da çox təəccübləndirdi. Çünki Xədicə bu uzunluqda yolun 4/1 qədərini gedən kimi ata mən yoruldum, gəl maşınla gedək sözü hələ də qulağımdadır.

4.jpg
Nəticədə 1 saat 30 dəqiqə vaxt keçirdikdən sonra geri qayıtdıq. Və o əsnada Xədicənin yuxusu gəldiyi üçün anası proqramın qurtarmasına az qalmış çıxıb gəldilər və beləcə günü sonra verdik :)
Uzun zaman idi ki bu qədər əyələnməmişdim. :)

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 58659.71
ETH 3164.52
USDT 1.00
SBD 2.43