Club5050 || Muradın öpüşü

in Steemit Azerbaijan☪✔3 years ago

IMG_20211121_162533.jpg

Qızım böyük olmasına baxmayaraq uşaqlıqdan bu yana qaşıqabaqlıdır. Muraddan çox istəyir bizi amma özünü sevdirmək üçün heç bir təşəbbüsü yoxdu. Böyük olmağın ona verdiyi avantajdan, yəni ərköyünlükdən istifadə edir. Murad isə Xədicənin tam tərsidir. Heç birimiz onun üçün önəmli deyilik amma istədiklərini elətdirmək üçün öpür, qucaqlayır və s. Bayaq da gəlib öpür ki ata telefonu verirsən mənə? Mən də şərt qoydum ki öpən yerdə şəklini çəkməyimə icazə verirsənsə həəə verəcəm. Razılaşdı. 😊

IMG_20211121_162526.jpg

Amma bir xasiyyəti var ki telefon manyak kimi görünsə də doqovor (müqavilə) ilə işləyir. Bütün işlərini müqavilə ilə görür. Onu edərəm amma onu versən. Bunu edərəm amma bunu versən. Onu yeyərəm amma telefonçiki versən və s. Günümə güzəranıma baxın mənim. Sizdə necədir vəziyyət?

Sort:  

Biz o mərhələdən keçmişik. Bir iki il döz, siz də keçəcəksiz, "şərt, rüşvətlə" iş görmək mərhələsindən:)

 3 years ago 

görək də?

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 58617.29
ETH 3164.87
USDT 1.00
SBD 2.44