club5050 || Mişi cuudu

in Steemit Azerbaijan☪✔3 years ago

saqqal 2.jpg

İndi bəziləri soruşacaq ki "Mişi Cuudu" nədir? Vallah heç mən özüm də bilmirəm Mişi Cuudunun nə olduğunu? Amma sizə bununla bağlı təxminimi deyə bilərəm. Qəbələdə nənəmdən çox eşidərdim bu sözü. Saçı başı dağınıq, saqqalı düzənsiz olanda nənəm rəhmətlik deyirdi ki bala: "Güzgüdə özünə baxmısan? Mişi cuuduna oxşayırsan!" ordan yadımda qalıb. Cuud sözünün Cuhud (Yəhudi) olduğunda adım kimi əminəm. Mişi sözünə isə ancaq təxminimi bildirə bilərəm. Etnik olaraq Mişi sözündən istifadə edilmiş ola bilər düşüncəsindəyəm. Bildiyiniz kimi Yəhudilər saqqallarını kəsmirlər və keçi kimi uzadırlar, və dağınıq olur çox zaman. Aşağıya fotosunu yerləşdirəcəm.

123.jpg

Diqqət edirsinizsə Yahudilər saqqallarını düzənsiz şəkildə uzadırlar. Biz orta şərqli türklər də saqqal önəmlidir amma ki onu mütləq şəkildə formaya salırıq. Bir həcmi var o saqqalın və həmin saqqalı da necə gəldi saxlamırıq. Daha düzənli və təmiz olur. Xınadan çox istifadə edilməsə də xınadan da istifadə edərək rənginin eyni görünməsində maraqlıyıq. Saqqal əslində kişinin atributudur. Zahiri atributu. Qadını kişidən zahirdə ayıra biləcək ən gözə batan Simvoludur. Bu baxımdan tarix boyu kişilər bu zahiri simvolları olan saqqala xüsusi diqqət ediblər. Bəziləri bunu hətta dinlərinə belə salaraq müəyyən normalar yaradıblar. İslam, Xristianlıq və İbranilik buna xüsusi normalar gətiriblər. Biz Türklər isə özümüzə görə səliqə səhman gətirmişik saqqalımıza. Bütün versiyalarını öz üzərimdə göstərəcəm sizə. Aşağıdakı şəkildə görə bilərsiniz.

saqqal 3.jpg

Adətən bu formada saqqal saxlayır bizim orta şərq ölkələrinin kişiləri. Səliqə səhmanı da öz düşüncələrinə görə edirlər. Son dövrlərdə bu cür saqqal trendləri çoxalıb. Nazik, incə saqqal, sadəcə çənə altı saqqal, bığ və çənə saqqalının kombinasıyası və s. Fərqli fərqli çeşidləri var. Uzun sözün qısası Saqqal atributunu Qafqaz ölkələri orta şərqlilərdən fərqli şəkildə özlərinə görə dizayn ediblər. Mən isə iki varianta üstünlük verirəm birinci variant 1. Mişi cuudu. 2-ci variant isə Aşağıdakı forma. Çünki ikisinin ortasını heç vaxt tutdura bilmirəm. Ya aşağıdakı kimi olur saqqalım ya da 1-ci şəkildə olduğu kimi.
saqqal.jpg

Sort:  

Vasif, indi sən saqqallısan, yoxsa saqqalsız, çıxaramadım🤔

 3 years ago 

hal-hazırda saqqalszız :)

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62300.84
ETH 2421.47
USDT 1.00
SBD 2.56