club5050 || Coğrafiya qədərdi.

in Steemit Azerbaijan☪✔3 years ago

Azərbaycan-Əsgəri.png

Bir insan düşünün ki bütün qonşuları onu aradan götürmək istəyir. Azərbaycan da əslində o insana bənzər ölkələrdən biridir. Tarixi torpaqları Cənubi Azərbaycan, Dağıstan, İrəvanın hamısı, Gürcüstanın yarısı olan bir ölkə hal-hazırda öz halal torpağını qurmaq istəyir amma bütün qonşuları buna mane olur. Halbuki zamanında hamısı didə didə özünə ölkə qurub Azərbaycan torpaqlarından. Yəqin ki sıranın onlara gəlməsindən çəkinirlər. Hər şey Azərbaycan əsgərinin ümidinə qalıb.

əsgər 2.jpg

Azərbaycan əsgəri hər şeyin fərqindədir. Artıq əvvəlki kimi 3 güllə norması olan əsgər deyil. Döyüş keçmiş, müzəffər, gözləri qorxmaz bir əsgər var. Bu bizim əsgərimizin ən böyük təsəllisi və motivasiyasıdır. Oyaqdır əsgərimiz. Dünən bizim olan yüksəkliklərdə 9 Noyabr və 11 Yanvar anlaşmalarına baxmayaraq tərk etməyən erməniyə aşağıdan yüksəkliyə doğru hücuma keçəcək qədər qorxmaz. Və o yüksəkliyi ala biləcək qədər də mərddir. 30-a yaxın erməni əsgərini öldürən, 14 əsir götürən və 100-dən çox yaralanan erməni də bunun əyani sübutudur. Dünənə qədər bu müqavilələri görmək istəyəmən Paşinyan bu gün 9 Noyabr və 11 Yanvar müqavilələrinin şərtlərinin icrasına hazır olduğunu bildirir.

əsgər 3.jpg

Kaş tək problemimiz Ermənistanla məhdudlaşsa idi. Cənub Qonşumuz İran, Şimal qonşumuz Rusiya və neytral görünüb əslində altdan altdan iş görən Gürcüstanda cavabını alır bu Azərbaycan əsgərinin əzmini görəndə. Rusiya köhnə Postsovet məkanındakı Ermənistan, Gürcüstan və Azərbaycan xalqlarını itirdiyindən əmindir. Sadəcə idarəetmələrində qalıb. Yəni xalqlarını itirib idarəetməsində qalan Rusiya bundan maksimum faydalanmaq istəyir. Bir yandan Azərbaycanın əli ilə Ermənistanı məcbur edir ki Rusiya olmasa Azərbaycan səni işğal edər. Digər yandan Dağlıq Qarabağda təxribat törədib Azərbaycana göz dağı verir. Ermənistan, İran nə qədər şərəfsizcə hərəkət etsələr də Rusiya bu iki ölkədən ən az 100 dəfə daha şərəfsiz bir ölkədir.

  • Bir ölkənin müstəqil ola bilməsi üçün qonşularının da ən az onlar qədər dəyişmək arzusunda olmasıdır. Çox təəssüf ki Ermənistan, Azərbaycan və Gürcüstan nə qədər Rusiyadan qurtulmağa çalışsa da İran və Rusiya öz tutduqlarından geri qalmır.

Allah Azərbaycan əsgər və zabitlərini qorusun. Onları öz pənahında saxlasın. HƏr şeyə rəğmən səninləyik Azərbaycan əsgəri.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 58659.71
ETH 3164.52
USDT 1.00
SBD 2.43