Retro yoxsa müasir mahnılar?)

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam dəyərli, Steemit Azərbaycan ailəsi.. Necəsiniz? Necə gedir həyatınız? Həyata maraq qatmağı sevənlərdənsiniz yoxsa bu nə zəmanədir gəlib çıxmışıq deyə şikayət edirsiniz?
IMG-20211204-WA0055.jpg
Mən həyatı çox sevirəm amma zəmanə ilə əlaqədar eyni şeyi deyə bilməyəcəm.. Yaşım az olsa da, az dediyim əsrin dörddə biri qədər yaşım var.😅 Keçmiş düşüncəli biriyəm demək olar. Müasirliyi sevirəm, texnikanın inkişafı mənim üçün çox böyük bir şeydir..
IMG-20211204-WA0058.jpg
Ancaq mən inkişafı, müasirliyi müsbət mənada sevirəm. Hansı ki, harda mənfi bir hadisə trend olub deyə biz də onu edək fikrini sevmirəm. Baxıram da məna kəsb edən hərəkətlər sanki uğur, səs gətirmir deyə ancaq ucuz şeylərə qaçır insanlar.. Son zamanlarda Azərbaycanın gənc musiqiçilərinin musiqilərini daha diqqətlə dinləyirəm .. İçində çox sevdiyim, sözləri adama xoş gələn, qulaq asanda içində məna tapacağım musiqilər də vardı, o sözsüz.. Mən dediyim onsuz ümumi hamıya aid deyil. Ancaq bəzi musiqilər var ki nə siz soruşun nə də mən deyim..
IMG-20211204-WA0059.jpg
Niyə axı?? O sözlər, o rəqslər, o geyim... Susuram sadəcə.. Anlamağa da çalışıram.. Əslində baxırlar ki elə şeydə pul var gedirlər.. Biraz dərinə getsək amma bundan əlli il sonra heç bir nəfər də bizim indiki musiqilərə qulaq asmaq istəməyəcək.. Bu sənətə gəlmisiniz çox xoş, biraz çalışıb iz qoyulsa o lap xoş olar.. Mən özüm keçmiş mahnılarını çox amma çox sevirəm. Dinlədikcə ruhum dincəlir elə bil..Yenə qoca babalar kimi zəmanə dəyişib, pisləşib formada yazı yazdım.. Ruhum retro mənim.. Başqa cür alınmır..
IMG_20211204_220400_860.jpg
Sizlərin fikri necədir bu mövzuda? Özünüzə yaxşı baxın..
_

Sort:  
 3 years ago 

Yeniliklər tətbiqi etmek çox gözəl fikirdir postunuz üçün təşəkkürlər

Çox sağ olun. ❤️

 3 years ago 

Musiqi dinləməyi çox da xoşlamıram ama retroların gözəl olduğunu bilirəm.🙂

Doğru bilirsiniz, amma dinləməyinizi də tövsiyə edirəm. 🤗

 3 years ago 

Mütləq 😊

 3 years ago 

Daha çox retro✌🏼

Eynən 🤗

 3 years ago 

Mende keçmiş düşünceliyem☺️

Elə gözəldir👌🏻

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 58015.02
ETH 2381.83
USDT 1.00
SBD 2.42