Gecikmiş bazar gəzintisi. ❤️
Salam, dəyərli Steemit ailəsi.. Necəsiniz? Bu aralar sanki uzaqlaşmışam buralardan.. Yazacaq çox sözüm olsa da zamanım yetmir təəssüflər olsun ki.)
Bəzən insanın sakit, şəhərin səs küyündən uzaq, təmiz havada gəzməyə ehtiyyacı olur.. Bu gün elə günlərdən biri idi. Axşamdan qonaq getmək üçün planlar qurmuşduq ancaq planda dəyişiklik oldu. Evdə uşaq qrip olduğu üçün çəkindik getməyə.. Biz də "Botanika bağına" getdik.. Təbiəti çox sevirəm.. Bitkiləri, gülləri, onlar haqqında məlumat toplamağa balacalıqdan həvəsim olub. Botanika bağı olduqca böyükdür.. 41 ha ərazisi var.. Sayını bilmirəm amma çox çeşid ağaclar, güllər var burada.
Hətta Botanika universiteti də var. Qarşısında iki dahi'nin heykəli var. H. B. Zərdabi və A. A. Qrossheymin.
Botanika bağında ən sevdiyim yer demək olar ki gülləri yetişdirmək üçün ayrılmış bu yerdir. Əfsuslar olsun ki içəriyə giriş qadağandır. Çox girib gəzmək istəyərdim.
Burada fərqli və maraqlı bir çox ağac növü vardır. Bunlardan biri hündür traxikarpus ağacı idi. Hansı ki meyvəsi bildiyimiz üzümə bənzəyirdi. Bu bitkinin 20-ə yaxın növü var. Və xurma ailəsinə aiddir. Daha çox bəzək üçün əkilir, çünki ciddi bir qulluq tələb etmir.
Bundan başqa tobira pittosporumu ağacı vardı. Hansı ki daha çox Bakının yaşıllaşdırılması üçün istifadə olunur.. Şoran torpaqlarda belə bitir. Çox şaxtaya dözümü olmur..
Təbiəti qoruyaq təmsilində yaradılan bu fiquru çox sevdim. Əslində təbiəti özümüz üçün qorumağı yadımıza salır..
Balaca quş evləri çox şirin görünür. Payızın saralmış yarpaqları ayrı heyranedici edirdi buranı.
Uşaqların hər zaman fərqli əylənməyi, öz dünyalarını qurmağı, ətrafdakıları görmədən özləri üçün hərəkət etmələrini çox sevirəm.. Bu balaca da özüyçün qarğıdalısını yeyirdi. Şəkil çəkəcəyimi anladığı üçün sakit durdu.))
Bu günlük bu qədər.. Gününüz xoş keçsin.. Özünüzə yaxşı baxın. ❤️
Xoş istirahətlər. Ən sevdiyim yerdi Botanika bağı
Çox sağ olun ❤️.
Bəli, əsl istirahət yeridir.