Ad günüm. ❤️

Salam dəyərli, Steemit Azərbaycan ailəsi. Artıq uzun zamandır ki post paylaşmıram. Bu gün xüsusi gün olduğu üçün yazmaq istədim. Bu gün mənim ad günümdür. Bir yaş daha yaşlandım. Artıq 25 yaşım var.
IMG_20210829_202539.jpg

Hər zaman ailəmlə birlikdə olmuşam ad günümdə bu gün isə ailəmdən yalnız bir neçəsi yanımdadır. Bizim evdə doğum günləri sadə olur ancaq buna baxmayaraq çox özəl olur. Evdə oluruq və istisnasız hər zaman menyuda tort və plov olur. Anamın yeməkləri çox amma çox daddlı olur. Bizdə atam hədiyyə almağı sevən biri deyil hər zaman canından pay verir.. Anam isə hədiyyə almaq yerinə əziyyətlə bir şeylər edərdi hər zaman.❤️ Xoşbəxtlik dolu bir ailədə dünyaya gəlmişəm. Böyük istəkləri olmayan hər zaman hər şeyə şükür etməyi bacaran, hər zaman xoşbəxt olmağı bacaran bir ailəm olub. Uşaqlığıma baxdıqda film kimi gəlir mənə. Bu gün atamın mənə zəng vurub biz bu gündən sonra bir neçə ad günündə yanında olarıq siz isə uzun və xoşbəxt yaşayın sözü çox ağır gəldi mənə. 🥺
Bu günü özəl edən xoş sözlərdir əslində, analarımızdan, atalarımızdan aldığımız sonsuz diləklərdir.
IMG-20220124-WA0043.jpg

Hər bir təbrikin ayrı bir önəmi var mənim üçün. Balacaların şirin təbrikləri, yaşıdlarımın maraqlı sözləri və bir də steemitçi bir bacımın yazdığı o xüsusi sözlər..
<<İndi sənə ad günün münasibəti ilə hamı yeni yaşında çox şeylər diləyəcək , ama mən diləmiyəcəm. Çünki yeni yaşın yaşadığın ömrün bircə ilidir. Sənə həyatın boyunca sevdiklərinlə birlikdə yaşayacağın sağlam bir ömür diləyirəm. Ad günün mübarək, dərdimi dərdi edən, sevincimə məndən çox sevinən,əlindən gələni sonuna qədər edən,balaca ürəyinə dünyaları sığdıran,dünyam. Yeni yaşın mübarək💫♥️>>
Bu gün də yalnız olmadım, yaxınlarımla birlikdə oldum. İlk dəfə idi öz ad günümə hazırlıq edirdim. Bir şeylər etməyə çalışdım.))
IMG_20220123_220600_129.jpg
Təbii ki bu gün heç bir iş tutmamaq istəyərdim amma sevdiyim insanlar olunca yorğunluq da olmur.

IMG_20220123_150255.jpg

Hədiyyə aldığım zaman uşaqlar kimi sevirəm. Alınan hədiyyənin maddiyyatına deyil də düşünülmüş olmağını daha çox sevirəm.
IMG-20211213-WA0136.jpg

Bir yaş gününü də belə başa vurdum. Yeni yaşımdan sağlıq, uğur, bol qazanc, daha çox gəzmək , iş həyatımın olacağı, yeni dostluqlar, yeniliklər olmasını diləyirəm..
Özünüzə yaxşı baxın.. Həyatda özünüzdən daha dəyərli heç bir şey yoxdur..❤️

Sort:  
 3 years ago 

Təbrik edirik, uğurlar arzulayırıq, Steemit Azerbaijan olaraq.
O üçqulaq paxlavadı?))

Çox sağ olun. ❤️
Üçqulaq deyil, börekdir. Sadəcə o formada etmişəm.)

 3 years ago 

ALLAH saxlamış fikrin-zikrin ancaq yeməkdi...😂😂😂ALLAH gözüvü doydursun. AMİN İNŞƏƏALLAH🤲

 3 years ago 

🙈🙈🙈

Təbriklər ❤️

Çox sağ olun, müəllim. ❤️

 3 years ago 

Təbrik edirəm! Arzu etdikləriniz çin olsun!

Çox sağ olun. ❤️

 3 years ago 

#steemitazerbaijan Sakini ad gününüz mübüşdü. Əslində hədiyyənin də o qədər önəmi yoxdur. Quru-quru da olsa sözlə təbrik etmək daha dəyərlidir. Həyatda İnsana lazımam olan əsas 3 şey: xeyirli(ALLAHın verdiyi xeyir-dua), sağlam (ALLAHın bəxş etdiyi sağlamlıq), xoşbəxt (ALLAHın bəxş etdiyi xeyir-dua və sağlamlıqdan doğan xoşbəxtlik) həyat arzu edirəm. Ürəyincə olan insanlarla hər zaman əhatələn və s. xoş arzular... AMİN İNŞƏƏALLAH🤲

Xoş diləkləriniz üçün minnətdaram. Amin inşallah. ❤️🙏🏻

 3 years ago 

Buyurun xoşdur

Coin Marketplace

STEEM 0.20
TRX 0.19
JST 0.033
BTC 88985.87
ETH 3290.31
USDT 1.00
SBD 2.98