Kiçik bir uğur...
Xoşgördük dəyərli Steemit Azerbaijan ailəsi. Sizə özünüzdən yaxşı kimsə baxa bilməz, özünüzə yaxşı baxın.
Bu dəfə sizə çox da uzaqda olmayan balaca bir uğurumdan danışacam. Bu sürücülük vəsiqəmi necə aldığım haqda olacaq. Bir çox gənclər kimi mənim də maşın sürməyə həvəsim çoxdu. Bəlkə də bu həvəs gözümü açandan qapıda maşın olmasına görədi. Lap kiçik yaşlarımdan idarə etməyi mənə atam öyrədib. İlk dəfələr atamın qucağında oturub birlikdə rolu tuturduq sonra rolu tək tutmağı sonra da qaz pedalına keçdiyim yadımdadı. Beləcə pillə-pillə öyrənirdim ki birdə gördüm atam maşında yoxdu. Biz kənddə qaldığımız üçün icazəm olmasa da rahatlıqla sürə bilirdim. Amma axır əvvəl sərhədləri aşmalı idim. Bunun üçün də sürücülük vəsiqəsi lazım idi. Atam həmişə deyirdi ki, özün oxuyub alacaqsan mən pul verən deyiləm. Amma atamın xasiyyətinə bələd idim bilirdim ki alacaq. Vaxt gəldi çatdı 18 yaşım tamam oldu. Əslində özüm də pul yığmışdım ama istifadə etmək istəmirdim. Bir gün atamla razılaşdıq və almaq üçün getdik.
Ama orda baş verən hadisələr heç xoşuma gəlmədi və mən oxuyub almağı qərara aldım. 2 ay keçdi 20.02.2020 tarixində oxumağa başladım. Təxmini 2 3 ay oxudum. İlk imtahan aprelin 13-ü idi. Əlbətdə uğur gözləmirdim belə də oldu. Növbəti imtahan isə 27si idi. Artıq bu işi bitirməli idim. Elə də oldu. 2ci imtahandan keçdim. Bildiyiniz kimi imtahan 2 hissədən ibarət olur. Nəzəri və praktiki hissə. Mən nəzəridən keçə bilmişdim qalmışdı praktiki hissə. Bu vaxt mənim 4 illik rahat idarə etmə bacarığım olsa da praktiki imtahan olan - yezda adlanan imtahandan keçə bilmədim. Sistem elə qurulub ki imtahandan keçə bilən tələbələri burda qəsdən kəsirlər ki pul alsınlar. Əslində mən bu imtahandan keçə bilərdim bir neçə dəfədən sonra. Ama o vaxt olan bəzi səbəblərə görə biz ümumi məbləğdən xeyli az olan məbləği ödəməklə almağı üstün bildik. Və beləcə 1 həftə sonra 04.05.2020 tarixində vəsiqəmi aldım. Bu da həmin o tez tələsik həyacanla çəkdiyim ilk şəkli.
Bilirsiz əslində mən 18 yaşım tamam olanda özümü tam hazır bilirdim ki oxumağa ehtiyac yoxdu hərşeyi bilirəm. Ama oxuyan zaman bildim ki mənim bilgim 10% təşkil edir. Nolsun ki idarə etmə bacarığım əla idi. Hər kəs yol hərəkəti qaydalarını bilməlidir hətta piyadalar belə. Mən çoox ama çoox təssüf edirəm ki ölkəmizdə bu çox aşağı səviyyədədir. Elə buna görə sürücülük mədəniyyəti də aşağı səviyyədədir. Ola bilər siz imtahandan keçəcək dərəcədə oxumağa səbriniz yoxdu tamam pulunuzu verin alın amma oxumaq mütləq və mütləq lazımdı. Mən 18 illik sürücülük stajı olan şəxs tanıyram ki yolun dairəvi hərəkət hissəsində üstünlüyün kimdə olduğunu bilmir. Elementar bir nümunə gətirim əgər siz 4.1.1 nişanın tələbini bilmirsizsə Şəki rayonunda işiniz çətindi. Belə gözəl dostlar. Maşın sürmək həqiqətən çox gözəldi amma həddini bilmək lazımdı və ən əsası məsuliyyətini tam anlamaq lazımdı. Rol arxasında olan zaman hərşey an məsələsidi. Özünüzü qoruyun dostlar. Sonda onu da deyim ki əgər kimsə hazırlaşmaq istəyirsə mən bu yolu gedən biri kimi onun üçün özəl olaraq post yaza bilərəm. Burda imtahan suallar kitabdan necə isdifadə etmək haqqında geniş məlumat verə bilərəm. İstəyən olsa mütləq bildirsin bu mənim üçün çox xoş olar.
Bu səfərlik bura kimi dostlar. Növbəti postda görüşənədək😊
təbrikləər arkadaşm 💃✨
Çox sağol balaca 😉👍
mənədə qismət 🥺 amiinn 😻
İnşallah. Ama mütləq oxumalısan.
Sən isdədikdən sonra heçnə çətin deyil 😎
Təbriklər ;)
Təşəkkür edirəm Nərgiz xanım.👍
Tebrikler
Çox sağolun 😊
Uğurların bol olsun✨
Çox sağolun Aybəniz xanım ☺
Uğurlarınız bol olsun.)
Təşəkkürlər 😄
Təbriklər 😀mən də oxuyub almağı düşünürəm
Uğurlar sizə. Bircə ətrafda olan fikirlərə cavab verməyin. Özünüzə inanın alınacaq. Nə kimi sualınız olsa da mən köməy etməyə hazıram 👍😊
Magistr imtahanını yola verim . Ondan sonra gəlsin prava😀soruşaram,təşəkkürlər🌼
İnşallah magistr imtahanınızda uğurlar. Mən hər zaman hazıram 🤗
Çox sağ olun ,var olun🌼
Təbriklər, gənclik! Uğurlarınız bol-bol olsun! 😊
Çox sağolun təşəkkür edirəm. 🙂