Disiplin...||club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Salam Steemit Azərbaycan ailəsi necəsiz?
Tətiliniz, isdirahətiniz necə keçir? Yoxsa sizdə mənim kimi tətili bitirmisiz? Mən əslində bu gün bitirdim ama hələ bir neçə saatım qalıb. Deməli belə oldu, mən qış tətilində rayona gedə bilmədim çünki, imtahanlar olacaqdı deyə mütləq hazırlaşmalı idim. Əslində tətilin ilk günləri biraz pis oldum ki, mən də hamı kimi ailəmin yanında ola bilmədim, gərək gedərdim. Ama yəni biraz oldum, belə halları çox dərd edən deyləm. Mənim üçün problemsiz keçən hər gün bayramdı, təqvimlə işləmirəm.
20220321_175507.jpg
İndi bu tətilin də sonunda imtahanlar var. Əslində bu dəfə də getməyəcəkdim, düşündüm ki, bu səfər nəsə fərqlilik lazımdı. Həm də dəqiqləşdirim, görək necə olanda itirmiş oluram. Bu dəfə olacaq hadisələri zaman gösdərəcək. Sabahdan plana görə ciddi şəkildə hazırlıqlara başlayacam, əgər alınsa. Həə gələk yazmaq isdədiyim mövzuya. Disiplin nədir? Ümumiyyətlə araşdırma etməyi xoşlamıram. Necə xoşlamıram. Yəni araşdırıb kiminsə üçün mövzu yazmağı xoşlamıram. Ancaq başa düşdüyüm kimi yazacam. Burda birbalaca araşdırdım açığı. Sözün düzgün yazılışna baxdım təkcə. Heç ona da səbrim çatmadı, tez çıxdım. Yaxşı day uzatmıram. Məncə disiplin çox vacib bir amildi. Hər gün disiplinli olmaq, hər mənada xeyrlidi məncə. Həm işlərin yolunda gedir, həm əsəblərin yerində olur.
20220223_122644.jpg
Plan qurmağa bənzədə bilərsiz biraz, ama o deyil. Çünki qurulan plan hardasa bitir, yekunlaşır. Ama disiplin heç vaxt bitmir. Razılaşıram həmişə olmaq da çətindi. Mənə görə disiplinsiz olmaq daha çətindi. Üsdəlik ətrafımda hamını da belə görmək isdəyirəm və çalışıram. Bəzən olur, nə etsəndə işləri nəzarətdə saxlamaq olmur, yenə razılaşıram, belə hallarda işləri axışına buraxmaq daha yaxşıdı. Belə halları istisna sayaq və qeyd edək ki, istisnalar qaydanı pozmur. Ama bütün günləri, bütün işləri şansa buraxmaq, nə olar, olar, deyib vecsiz yanaşmaq da məncə düzgün deyil. Belə izah edim ki, şansa buraxdığımız həmin işlər digərlərinə problem yarada bilər. Elə buna görə də hər kəs öz işini öz vaxdında həll etsə, ancaq özünü yox, digərlərini də düşünsə əla olar. Yox əgər düşünməsə, bunun cəzasını onlar yox displini sevən kəslər çəkəcək. Çünki, ətrafında hərşeyi nizamlı etməyə çalışır. Öz işləri və ətrafındakı insanların da işləri, beləcə özünə yük olur.
IMG-20220323-WA0022.jpg
Mən əksər vaxdı nizamlı olmağa çalışıram, hətta çox vaxt bacarıram da deyərdim. Həyatımı elə şansa buraxmağı heç xoşlamıram. Arada da ətrafdakı nizamsızlıqları nizama salıram. Qısacası ətrafı da disiplində tuturam ama özümü da yormuram. Sizdə vəzyət necədi, disiplinli olmağı xoşlayırsız?😉
Bu günlük bu qədər, sağolun salamat qalın. Növbəti postda görüşərik.🙂

Sort:  
 3 years ago 

Bu tətil menim üçün çox unudulmaz oldu .Disipline ehtiyac olmadı. Mamam özü hər şeyi nizamlamisdi. 😀😀😀

 3 years ago 

Nə gözəl😄

 3 years ago 

Heç də gözəl deyildi,😀

 3 years ago 

Aleykum SALAM. Tətil nə deməkdir? 😁 Hər tətildə rayona gedə bilməmək normaldır. Çünki, hər şey hər dəfə istədiyimiz kimi olmur. Düzdür Ailə vacibdir... Amma bəzi şeyləri nəzərə alıb təhsilivi üstün tutmalısan. Və düşdüyün vəziyyətə görə görəcəyin işləri düzgün, qaydasında tənzimləməyin qarşılaşacağın çətinliklərin çoxunu asanlaşdıracaq. Dispilinin özülü də budur. Ən əsası da çətinliklərə təslim olmamaqdır... Hər kəs işinin rahat getməsini istər və bu da onların disiplini çalışmasına səbəb olar. Mən də istər iş, istərsə də şəxsi həyatımda bacardığım qədər disiplinli olmağa çalışıram. Nə etmək olar, Problem, çətinlik gəlirəm deməz. Ləzzəti də ondadır ki, problemi aşmağa səy göstərmək lazımdır və hər alınmayan işdə insan üçün bir xeyir vardır. Bunu anlayıb işinə davam edən insanın nəaliyyətləri çox keçməzki özünü biruzə verər. Hər bir işinizdə Sizə uğurlar diləyirəm. AMİN İNŞƏƏALLAH🤲

 3 years ago 

Vurğuladığınız hər cümlənin öz mənası var. Belə geniş rəyə görə təşəkkürlər.👍🙂

 3 years ago 

Qiymətləndirməniz üçün təşəkkür edirəm. Rəyi hələ ixtisarla yazmışam☺️

Coin Marketplace

STEEM 0.15
TRX 0.17
JST 0.028
BTC 68641.27
ETH 2457.35
USDT 1.00
SBD 2.33