Daha bir bitmiş tətil...||club5050

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, Steemit Azərbaycan ailəsi necəsiz? Kefinin halınız necədi? Yaxşı olsun təki. Yəqin ki, bilirsiz sabah artıq ölkəmizdə ali təhsil müəssələrində 2ci semestr dərsləri başlıyır. Heç düzü 1ci haçan, necə bitdi bilmədim. 1 ay tətil də hara getdisə hiss eləmədim. Hələ dərs başlamıyıb ama mən yay tətilini hesablıyıram. Dərs haçan bitər, imtahan haçan bitər, sora neçə gün qalır, nə bilim daha nələr, nələr. Ama o qədər də dərsdən uzaq deyləm yəni.

20220206_112120.jpg

Demək olar çox tələbə də rayondan gəlməyi son günə saxlıyıb. Elə biz də bu gün gəldik. Ehh bu son hazırlıq var haa, adamı lap yorur ki. Elə bilirsən nə isə yaddan çıxıb ama baxırsan ki, hərşey yerindədi. Birdə çatanda yadına düşür ki, bəs bu qaldı. Bizdə elə axşamdan planlaşdırdıq ki, səhər 6da çıxaq. Əlbəttə normal olaraq 6da çıxa bilmədik. Mən haçan dursam da yemək yemədən heçnə edən deyiləm, ona görə elə hay - küy, bir təhər 7də çıxdıq. Bütün tanışlar da bu gün gedəcəkdi. Düşündüm ki, yolda maşın da çox olar çətin olacaq. Ama niyəsə heç də elə olmadı. Bəlkə də biz tezdən çıxıb iynə kimi hamı durana kimi çatmışdıq deyə oldu. İsmayıllıya kimi yaxşı getdik. Həə ordan sonra hava təmiz dəyişdi. Əvvəlcə xırda xırda yağış yağırdı. Bir xeyli sora qatı duman olan yerlərdən keçdik. Sora yenə yağış yağırdı.

20210107_095810.jpg

Ehh hələ bu harasıdı şamaxıda lap qar da yağırdı. Yolun ən yaxşı sürüləsi yerində qar elə yağmışdı ki, isdəsən də alınmırdı. Ama onu deyim kiz gözəl mənzərə idi. Səliqəli, dümdüz yollar, ətrafda qar. Ağacalar tamam ağ, elə getdiyimiz yolda da ancaq bir cığır var idi qalan yerlərdə su ilə qarışmış çox təhlükəli qar var idi. Heyif ki, mənzərənin şəklini çəkə bilmədim. Yoxsa əminəm ki, siz də bəyənəcəkdiz. Hələ daha bir mənzərə də var idi. Qar da bitdi sora yenə az maz yağış var idi. Getdiyimiz yolun sonun da hava o qədər qaranlıq olmuşdu ki, adamın lap ürəyi sıxılırdı. Əvvəldə olan ağappaq buludları qapqara buludlar əvəzələmişdi. Birdən birə zülmətə qərq olduq.

20210412_184658.jpg

Hə belə belə işlər. Bunlar dünən baş vermiş hadisələrdi, bu gün artıq dərslər başladı. Bütün tələbələrə sadəcə dözm arzulayıram. Qiymətlərinizi yüksək tutmağı arzu edirəm, day mənim kimi yox😆. Bal xatirinə yox da, məlumat xatirinə oxmaq daha yaxşı olar.
Hələlik bu qədər, özünüzə yaxşı baxın, görüşərik.✌️

Sort:  
 2 years ago 

Yenə sübh tezdən durub universitetə getmək moodum aşağı salır,dərslər yox🥲

 2 years ago 

2ci növbə olan mən 🥲

Tətillər belə tez bitir. :)

 2 years ago 

Təsüf ki, elə effekt verir 🥲

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60238.27
ETH 3215.90
USDT 1.00
SBD 2.46