💆‍♂️

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, Steemit Azərbaycan ailəsi necəsiz? İşləriniz necə gedir? Gəlin razılaşaq ki, problemləri unutduracaq havalar ağalıq edir.
İlk olaraq onu deyim ki, steemitin verdiyi vədlərdən mən də istifadə etdim. Noyabr ayında qatıldığım yadıma gəlir. Sadəcə maraq üçün yazılar yazırdım həm də arada hesaba vəsait yığılırdı. Kriptovalyutalara baxmağı xoşladığım üçün elə hər gün steem'in dəyərinə baxırdım. İki gün əvvəl qiymət münasib olduğu üçün ilk dəfə hesabımdakı, vəsaiti çəkdim. Maraqlıdı məncə, insan çəkdiyi əziyyətin qarşılığını görməy isdəyəndə bir başqa, gördükdə bir başqa olur.
20220430_111438.jpg
Havalar da əladı məncə. Əsl isdirahət edəcək, doyunca işləyib yorulacaq mühit var. Fəsillərin hər birinin başlanğıcı əladı. Ardınca qızmar yay gəldiyini düşünündə bəs edir insana, həm də şəhərdə olacağını düşünəndə təcili olaraq zamanı dondurmaq isdəyirsən. Kim nə deyr desin bu vaxtlar havanın ləzzətini hiss etmək isdəyirsənsə tək bir məkan var, o da rayondu. Yox əgər əyləncənin ləzzətini hiss etmək isdəyirsən sə, o artıq baxır ətrafına. Elə bu gün də çox qəşəng hava var idi. Sərinlik deyirdi 'al bir dostunu yanına, gün batınca gəz'. Bəs gəzdimmi? Əlbətdə yox.
20220430_111341.jpg

Səhər yorğun vəzyətdə durdum və kursa getməli idim. Həmişəki kimi belə gözəl havada mən yenə yorğun halda gedirdim. Ayılmaq üçün evdən tez çıxmışdım ki, parkda biraz dincəlim. Deməli labirint kimi bir park var. Tam da bu zamanların məkanıdır, doyunca gəzib ruhun dincələcəyi bir yerdi. Parka girdim və uzaq kənarda oturmaq üçün addımladım. Elə girişdə mənimlə üç xanım da addımlayırdı. Növbəti yol ayrıcında yollarımız ayrıldı, mən kənarda oturdum. Parkın yaşıllığını, sərinliyi təsvir edə bilməyəcəm təssüf ki. Bir o yadımdadır ki, yaxşıca fikirə getmişdim. Bir müddət sonra həmin xanımların mənə yaxınlaşdıqlarını hiss etdim ama bilmədim ki, məndən müsahibə almaq isdəyirlər. Nəhayət aralarından biri cəsarətlənib fikirlərini dedi.
20220430_111623.jpg
Deməli Bakı Mühəndislik Universitetində 1ci kursda oxuyurlar. Hansısa fəndən təqdimat danışmalıdırlar və mövzuları 'dövrümüzdə intiharların səbəbi nədir və həlli yolu nə ola bilər' belə idi. Tapşırıq da insanlarla sorğu keçirmək idi. Əminliklə deyə bilərəm ki, məni nəzərdə tutmamışdılar. Biraz danışdıqdan sonra məni yola gətirə bildilər və çəkilişə başladıq😆. Maraqlı həmsöhbət idilər. Mən hələ tam ayılmadığım üçün çox da danışmadıq və sağollaşdıq. Ayrılandan sonra xatırladım ki, mən heç mövzuya toxunmadım axı. Nəysə, biraz da dayandıqdan sonra getdim dərsə və gün artıq bitmiş sayılır.
Sağolun, salamat qalın. Növbəti postda görüşərik. 😉

Sort:  

Havanın ləzzətini rayonda hiss etmək olur deyirsən, ama tətildə də gəlmirsən😄

 3 years ago 

Tətil çox azdı axı. Sora ayrılmaq olmur ordan.🥲

Doyumluq deyil, dadımlıqdı😄

Coin Marketplace

STEEM 0.22
TRX 0.25
JST 0.039
BTC 95759.82
ETH 3324.32
USDT 1.00
SBD 3.17