Сlub5050 The Diary Game 3 : Date 15.03.2022. Dünya düşüb gözümdən, indi çilik-çilikdi.

in Steemit Azerbaijan☪✔3 years ago

Salam. Kimsə dodaqaltı əleykəsalam dedi hər halda. Dedisə nə gözəl. Dedisə, demək kimsənin fərqindəsən. Dedisə demək tənha deyilsən. Frans Kafka deyirdi ki, mənim yalnızlığım insanlarla doludu. Məncə də, dünya yalnız insanlarla doludu. Hərdən kimsə sənin sərhədlərini pozub dünyana soxulmaq istəyir. İstəmirsən. Öz dünyanda rahatsan çünki. Normaldımı? Əsla. Kimlərəsə nələrisə anlatmalısan. Anlatmasan o ağzından çıxmamış kəlmələr daş kimi sinəndən asılıb ürəyini məngənə kimi sıxar. Ən yaxşısı yazmaqdı. Elə danışmaqdan da yazmaq yaxşıdı. Belə deyək. Bir əsəri oxuyursan, sonra onun filmini izləyirsən. Hansından daha çox təsirlənirsən. Əksəriyyət deyəcək ki, kitabdan. Kitab ən yaxşı dostdur, maraqlı kitabın ən axırıncı səhifəsini çevirərkən kövrəlib ağladığım az olmayıb.
Gələk marta. Mart mənim və dünyadakı bütün həssas insanların duyğularının oynadığı bir aydır.

IMG_20220315_135023.jpg

Havadan, sudan dərd qapırsan, mazoxistcəsinə unutmaq istədiyin şeyləri xatırlayırsan, dinləməyə qorxduğun mahnıları dinləyirsən. Bu arada, çalışın, heç kəslə ortaq mahnılarınız olmasın.

IMG_20220315_135117.jpg

Adından bədnam martdı da guya. Bu da bizim məşhur bəhli zoğalımız. Əşşi, bilirəm zoğalın çiçəyinin ağ olmadığını. Zatən çiçək deyil ki. Sarı zoğal çiçəklərinin ağ kəfənidi o. Qardı qar. Kim nə deyir desin, qarı sevmirəm, soyuğu sevmirəm. Çiçəklərə yazığım gəlir, quşlara yazığım gəlir, dünyaya yazığım gəlir.

IMG_20220315_135108.jpg

Vallahi də düz deyil bu, billahi də deyil. Bu mənzərə heç mart mənzərəsi deyil axı. Mənim üçün soyuq bədbinliyin rəmzidir. Zatən xoşbəxt olmaq üçün gündüz çıraqla səbəb axtarırıq, tapammırıq.

IMG_20220315_100300.jpg

O şeir dilimin ucundadı. Tapammıram xeyli vaxtdı, hardasa vaxt itirmişəm...
Vay o günə ki, bu tapammadığınız ömrünüz, gününüz olsun. Təkrarı olmayan ömrünüz, gününüz.
Bilmirəm, hal hazırda dünya gözümdən düşüb, indi çilik- çilikdi. Bütün yollar çıxmazlara aparır hələ ki. Amma. Hər şeyə öyrəşir adam, atılmağa, satılmağa. Hə, bir də şair demiş, darıxmayın e, onsuz da düzəlməyəcək...

IMG_20220315_100314.jpg

Sort:  
 3 years ago 

Axşamınız xeyir maraqlı postunuz üçün təşəkkürlər

 3 years ago 

Çox sağ ol, Əsmər😊

Coin Marketplace

STEEM 0.15
TRX 0.17
JST 0.028
BTC 68641.27
ETH 2457.35
USDT 1.00
SBD 2.33