//club5050. Tikdim ki, izim qala.

in Steemit Azerbaijan☪✔2 years ago

IMG_20220911_160105.jpg

Bəni insan övladının dövrü qədimdən bir sevdası var. Tikmək, sökmək, təmir etmək. Təsəvvür edin ki, ortabab yaşayan bir adam var. Aylıq gəliri həmən elə ailəsinin dolanışığına çatır. Hələ indiki zamanda ailəsinin dolanışığına güc bəla ilə çatır. Günlərin bir günü bu bəni Adəmin əlinə hardansa pul keçir. Deyək ki, aylıq gəlirinin 5 qatı qədər. Siz elə bilirsiniz ki, o bu pulu alıb bazara cumacaq, aylarla özünün, külfətinin dadmadığı nazlı-duzlu təamlardan alıb gətirəcək? Ya da ailəsini də qoltuğuna vurub ağzının içində olan, ordan-burdan gələn adamların keyflə dincəldiyi bir istirahət mərkəzinə gedəcək? Ya da şəhərdə yaşayan qardaşının uşaqlarının artıq bəyənməyib qarderobu təzələmək məqsədi ilə üzdə xeyirxahlıq nümayiş etdirərək bunun uşaqlarına göndərdiyi əyin başı ləğv eləyib, təzə pal-paltar alacaq? O da yox. Bu adam bu pulu alıb düşəcək həyətə. Evin qabağında bir artırma artırsam və ya torpaq qala uçulub, onu bir yaxşı kubik qala vursam, ya da balaca da böyüyüb, beşinciyə keçib, bəlkə bir 10 maşın daş gətirib töküm sotuğa və sair və ilaxır düşüncələri ilə vurnuxacaq.

IMG_20220909_182736.jpg

IMG_20220909_182655.jpg

Və sonda o pul kəndin bərkgedənlərindən olan stroy materiallar satan mağazanın bahalı inomarkada gəzən sahibinin cibinə gedəcək. Narazı - narazı baxan uşaqlara da "ay oğul, bu dəfə çıxışmadı, gələn dəfə mütləq" adlı yekə bir ümid hədiyyə ediləcək. Beləyik. Ölürük daş gətirib tökməkdən ötrü. Həyat kredomuzdu bizim. "Tikdim ki, izim qala" məsəli şappıltı ilə bizim alnımıza yapışıb. Yazılmayıb ha. Məhz elə yapışıb. Bir qərinə sonra o uşaqlar bizim tikdiklərimizi bəyənib oturacaq ya yox, bax o başqa bir postun mövzusudu. Belə. Siz sağ, mən salamat. Gedim internetə baxım görək kubikin biri neçəyədi:)

Sort:  
 2 years ago 

Salamlar. Qısaca😂 Xeyirli uğurlu olsun. AMİN İNŞƏƏALLAH 🤲 İnternetə girməyə ehtiyac yoxdu. Hər yerdə bazar od tutuf yaner.Bu tərəflərdə 1 kubik 50 qəpikdən yuxarıdır. Vaxt var idi bu rəqəm 15-20 qəpik arası oynayırdı. Haradadır o günlər?🤔😔

 2 years ago 

Ötən günə gün çatmaz, calasan günü günə)

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59046.50
ETH 2654.73
USDT 1.00
SBD 2.50