The Diary Game -Better Life Season 3 | 17.12.2021 | Vegan Ailə İctimai Tv-də

in Steemit Azerbaijan☪✔3 years ago

Salamlar Steemit Azərbaycanın dəyərli yazarları. Həyatımızda müsbət mənada böyük dəyişiklər baş verir. Hələlik heçnə deməyəcəm sirr qalsın. Bunlardan dolayı burada olan aktivliyim ölüb. Yavaş yavaş daha aktiv olmağa və həftədə 2-3 post yazmağa çalışacam.
Gələk başlığa. Bəli məni və yoldaşımı artıq 10 ildi var olan MAG (Müasir Azərbaycan gənci ) proqramına dəvət etdilər.. Mövzu veganlıq və onun fəlsəfəsi idi. İnstaqramdan mesaj yazdılar Fatiməyə. Onun Saf Planet səhifəsi çox məhşurdu. Elə doğru adma yazıblar. Bizdən başqa bir vegeterian xanım və bir dietoloq da dəvət olunmuşdu. Bizi verilişə vegan ailə kimi dəvət etmişdilər. Həqiqətən ailədə hər iki tərəfin vegan və yaxud vegeterian olaması Azərbaycanda az görülən şeydi. Bu arada aparıcı xanım da bununla maraqlanır vegan olmaq istəyirdi. Hətta dediyinə görə ilk maaş aldığı zaman gedib dönər alıb və zəhərlənib.
Biz evdən enerji batonçiki apardıq. Onun haqqında danışdıq Vegeterian xanım milli yeməklərin vegan vegeterian formasını hazırlamaqla məhşurdu. Verilişə öz əli ilə hazırladığı həm görüntü həm həm də qızarmış balığa bənzəyən çox dadlı yemək gətirmişdi və ondan başqa yulafdan hazırladığı şirniyyat.
Dietolaq da gözlədiyimizin əksinə bizlərə qarşı çıxmadı. O da öz müsbət fikirlərini elmi cəhətdən ded.i Ət yediyimiz zaman stress hormonu olan kartezon bizə keçir. Ona görə bundan uzaq olsaq yaxşı olar.Hər şey əla keçdi. Veriliş yayınlandığı zaman linkini burada paylaşacam.
Hərkəsə uğurlar.

WhatsApp Image 2021-12-16 at 13.00.12.jpeg

WhatsApp Image 2021-12-16 at 13.00.12 (1).jpeg

WhatsApp Image 2021-12-14 at 13.40.53.jpeg

Sort:  
 3 years ago 

Təbrik edirəm, əla. Mən də bunu verməşil oxudum))
image.png

😄😄😃😃😀

Dönərin bazarın öldürdün abi)

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58695.71
ETH 2633.30
USDT 1.00
SBD 2.49