CLUB5050 ❤️ The Diary Game -Better Life Season 3 | 29.03.2022| Yeni başlanğıc - Almaniyada həyat
Salam Steemitazerbaijan'ın dəyərli yazarları. Necəsiniz? Ümid edirəm ki hər şey qaydasındadır. Məndə yaxşıyam. Artıq 1 aya yaxındır pauza vermişdim. Ən son yazılarımı oxuyanlar Ukraynada olduğumu düşünə bilər. Artıq 19 gündür ki, Almaniyadayam yoldaşımla. Ən son polşa sərhədində qalmışdım. Deməli keçdik, adam çox, növbə ilə insanları avtobuslara mindirib Premşil şəhərənin avto vağzalına göndərirlər. Bizdə nəhayət mindik. Bu arada orada bir cütlüklə tanış olduk. Bircan və Anastasiya. 8 ildi evlidilər və Lvov şəhərində yaşayırdılar. Nəysə çatdıq stansiyaya. Xaos hər yerdə. Qeydiyyatdan keçdik, avtobus üçün. Almaniyaya getmək istədiyimizi dedik. Orada bütün Avropa birliyi ölkələri var idi. Və kim hansına istəyir gedə bilər. Nəysə dedilər ki, avtobus ən tezi 6 saata gələcək. 2-3 günədə gələ bilər. Ayda, düzdü yatmağa lejanka yemək falan hər şey vardı. Amma yenə də pisdi bu. Sonradan bəxtimiz açıldı.
MATTİAS KİRCH Alman vətəndaşı olan könüllü
Yaxınlaşdı, danışdıq. Özünün şəxsi maşını olduğu və Almaniyaya qayıtmağa hazırlaşdığını dedi. Getmək istəsək bizi götürə bilər. Birinci inanmaqda çətinlik çəkdik. Sonra güvəndik. Və onunla 1200 km yol gəldik Münxenə. Adam HR (human resources) director Europa Park
Hər sənədinin şəklini çəkdik. Atdıq evdəkilərə ki, bizə nəsə olsa bundan bilin. 12 saat yol gəldik. Bu adam və digər almanlar pul yığıblar və könüllü şəkildə polşadan ukraynalıları gətirirlər. Yemək içmək, qalmağa yer hətta iş.
Və hal -hazırda biz bu prosenin içindəyik. Gəlmişik, Fransa sərhədinə Rust qəsəbəsinə. Bu oğlan orda directordu və bizə ev iş verir. Sadəcə sənədləri gözləyirik