CLUB5050 ❤️ The Diary Game -Better Life Season 3 | 28.02.2022| слава Україні героям слава💙💛

in Steemit Azerbaijan☪✔3 years ago

Salam Steemitazerbaijan'ın dəyərli yazarları. Necəsiniz? Ümid edirəm ki hər şey qaydasındadır. Məndə yaxşıyam. Bildiyiniz kimi artıq 5 gündü müharibə var burada. Çox şükür biz tərəflərə gəlib çıxmayıb hələki. Amma müharibə gedən zonalardan insan axını var lvova. Hal-hazırda -5 şaxta var. Qar yağıb gecə.

IMG_20220228_135105.jpg

Bu çox pisdi. 60km uzunluğunda maşınlardan ibarət növbə var. Təsəvvür edirsinizmi? Lvovdan düz Polşa sərhədinə kimi. Maşını olanlar yenə otura bilirlər içərdə isinirlər.

![Screenshot_2022-02-28-14-08-00-723_com.miui.gallery.jpg](UPLOAD FAILED)

Birdə piyadalar var. Çoxuda afrikalılar, ərəblər. Yəni xaricilər. Adamlar o boyda yolu piyada, çemodanlarla bu soyuqda gedir.

Bu arada yüngül qəza keçirdik. Demeli evdən çıxıb işə gedərkən, adi camaat qarşımızı kəsir hər dəfə ki, siz növbəni pozub bizi qabaqlayıb getmək istəyirsiz sərhədə. Bizdə hər dəfə bunlara başa salırıq ki, biz öz restoranımıza gedirik, işləyib, sizlərə yemək, çay verməyə. Sizin kimi qaçmırıq. Eləsi var başa düşür, eləsi var soruşmadan başını yumruqluyur, sonra deyir hara gedirsiz. Biridə öz aləmində biz sürüb getmək istəyəndə maşınının burnunu qabağa verdi reski, bizdə dəydik ona. Maşının sağ tərəfdən iki qapısı əzildi. Beş manat pul qazanmışdıq, burnumuzdan gəldi.

IMG_20220228_140038.jpg

Qonağımız vardı

IMG_20220227_200558.jpg

Xarici bir turistin idi.

Sort:  
 3 years ago 

İnsanlara kömək edirsiz,allah sizə də kömək olsun...

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.029
BTC 60745.98
ETH 2342.23
USDT 1.00
SBD 2.52