CLUB5050 ❤️ The Diary Game -Better Life Season 3 | 26.03.2022| Yeni başlanğıc - Almaniyada həyat
Salam Steemitazerbaijan'ın dəyərli yazarları. Necəsiniz? Ümid edirəm ki hər şey qaydasındadır. Məndə yaxşıyam. Artıq 1 aya yaxındır pauza vermişdim. Ən son yazılarımı oxuyanlar Ukraynada olduğumu düşünə bilər. Artıq 15 gündür ki, Almaniyadayam yoldaşımla. Düzü müharibə başladığı ilk gündən etibarən çıxıb getmək istəyirdik. Amma vəziyyət belə gətirdi ki, hamını yola saldıq sonra özümüz gəldik. Mən Ukraynada evləndiyim üçün daimi oturum kartı düşür mənə. Bundan istifadə edib istənilən Avropa birliyi ölkəsinə gedə bilərdik. Biz Almaniyanı seçdik. Çünki sosial dövlətdir. Az çox alman dilini bilirəm. Tanışlar var. Vəs
Bura necə gəlib çıxdıq, birazda ondan yazım. Deməli öncəki yazılarımda yazmışdım ki, biz ukraynada polşa sərhəddində yaşayırıq. Və müharibə başlayan ilk günlərdə kütləvi insan axını oldu. Hər yer zibilləndi, tıxac. İnsanlar 15-20 km yolu 3-4 günə 1 həftəyə ancaq gedə bildi. Amma biz gələndə artıq yol boş idi. Sərhəddən keçən Ukrayna tərəfindən bir İrka adlı özünə hörmət etmiyən gömrük işçisi bizi heç bir səbəb olmadan 3 saat ləngitdi. Səhər 8 də orda idik ki, adam olmamış rahat gedək. Amma o öz yerlilərini buraxdı. Bizi saxladı. Göndərdi iki dəfə əsas başçının yanına. Sənədlərdə problem var deyə. Nəysə keçdik, polşadan rahat keçdik. Dərindən nəfəs aldım ki, artıq avropadayam. İlk dəfə idi.
Sərhəddə könüllülər insanlara yardım edirdilər. Hər şey, supdan əlcəyə kimi pulsuz verirdilər. Orada biraz gözlədikdən sonra mindik avtobusa və getdik avtovağzala. Hansı ki, oradan başqa avropa ölkələrinə getmək olur.
Ardı növbəti yazımda...