Şəhid anası..

in Steemit Azerbaijan☪✔3 years ago

Ana olmaq ayrı, şəhid anası olmaq tam ayrı. Onlar dünyaya bir oğul gətirib, əzizləyərək böyüdürlər, 1 il əvvələ kimi övladının xeyir işini, xoşbəxtliyini diləyərkən, artıq bir möcüzə olmasını, övladına qovuşmasını diləyirlər. Çox böyük , ağır bir dərddi. Bir evdən iki şəhid verən analarımız hələ? necə yəni bir gün də iki oğlunu birdən itirmək. Şəhid İzzətin anası? Xudayarın? Elmanın? Hansını deyim? minlərlə şəhidimiz bizim yolumuzda canların verdilər. Neçə gəncin ümidləri, xəyalları, həvəsləri yarım qaldı. İçim parçalanır. Ciddən özümü çarəsiz kimi hiss edirəm. İndiyənə kimi özümü güclü biri bilirdim, özümü yaşıdlarımdan fərqləndirirdim. Amma güclü olan mən deyiləm, o analardı, o atasız qalan balalardı, sevgisini torpağa verənlərdi. Var mı bunnan ağır dərd? mən deyim, yoxdu!
"QARABAĞ BİZİMDİR" deyə bilməyimiz üçün, bizdən bir can yox! minlərlə can getdi!. o analara baxarkən içim o qədər dolur ki, mən belə içimi tökərkən qəlbim bu qədər ağrı verir, o anaların içindəki fırtınaları, fəryadları hiss etməmək mümkünsüzdü.
şəkilin linki
maxresdefault.jpg

şəkilin linki
vefa-izzetli-sehid-anasi.jpg

Ən yaxından izlədiyim isə Şəhidimiz İzzət Həmidovun anası Vəfa xanımdı. Oğlunun unudulmaması üçün əlindən gələni edən anamız. Amma necə deyəsən ki, oğlunu unutmaq olar? bu igidləri unutmaq olar heç? olmur. Vallah olmur. Bu qadına baxanda içim sızıldayır. Əvvəl o qədər baxımlı biri idi ki, indi isə 40 yaşı tamam olmadan ağaran saçlarına baxın. Gözlərinə baxın. Çarəsizliyinə baxın. Daş oldu bu analar. içləri yanarkən daş oldular yaşamağı bacardılar. Can sizə 🥀. Allah səbr versin. Şəhidlərim nur içində yatın. 🖤
şəkilin linki
maxresdefault-1.jpg

Bunu da bildirim ki, noyabrın 16 sı dövlət sərhədində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb.
•|leytenant Niftəliyev Ümüd Oruc oğlu;
•|gizir Cabbarov Orxan Hətəm oğlu;
•|müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
•|əsgər Ağayev Elçin Mərifət oğlu;
•|əsgər Əlizadə Elmin Samir oğlu;
•|əsgər Əliyev Elçin Ramil oğlu;
•|əsgər Xəlilov Murad Qalib oğlu.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Bizdə o zamanlara dönməmək üçün duamızı edək. 🖤🥀

Sort:  
 3 years ago 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin🤲

 3 years ago 

amin inşallah 🤲

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.029
BTC 61986.52
ETH 2406.81
USDT 1.00
SBD 2.65