Məktəb illəri.. 🧡

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam, axşamınız xeyir əziz Steemit ailəsi. Bu gün sizlərlə məktəb illərimizi yada salaq deyirəm:D. Belə düşünürəm, ciddən mənim üçün əvəzolunmaz günlərim məktəb vaxtı olub. Birlikdə oyunlarımız, gəzintilərimiz, dərsə girməmək üçün elədiklərimiz, hələ futbol oynamağımızı demirəm.)) Arada çaşıb davalarımız üçün belə darıxıram😅. Bidə ,11 il bir yerdə oxuduğumza görə bir böyümüşük demək olar. Bir birimizdən çəkinməzdik, çox rahatıydıq). Kaş tələbə yoldaşı olaraq da davam edə bilsəydik. Amma indi oğlanlarımız əsgərdə, qızlarımızda işində, dərsində yenədə təbii ki bir birimizə vaxt ayırırıq. Qızlarla bu yaxınlarda görüşməyi planlayırıq, inşallah alınsa günümü sizlərlə də paylaşaram. 🧡

IMG_20211117_021414.jpg

IMG_20211117_002445.jpg

Məktəb vaxtı həmişə gəzək, bir yerlərə gedək, birlikdə anılarımız olsun falan, bu düşüncələrdə olmuşuq. Amma mənim üçün yadda qalan anılarımız bir ilk birlikdə bir yerə çıxışımız, birdə Şahdağa gedişimiz olub. Şahdağa gedərkən çoxumuz eyni məhlədə qaldığımız üçün gecədən çıxıb çöldə toplaşıb avtobusa bir getmişdik. Yol boyunca mahnı qoşulub oynanılmışdı. Və ən ən superi isə qar.😍 Hər dəfəsində qarı yeyən mən olsamda, yenə də çox uşaq kimi oluram qarı görəndə.)) Buz bağlamışdım. Sonra uşaqlarla gedib bir yerdə oturub yemək yeyib, şəkillər çəkdirib, evə qayıtdıq. O gün həddindən artıq çox yorulmuşdum, amma məncə hər şeyiylə dəyərdi. :D

IMG_20211117_015035.jpg

IMG_20211117_015021.jpg

Sort:  

Bəh bəh🙃

 3 years ago 

🤤🧡

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60078.84
ETH 3197.52
USDT 1.00
SBD 2.45