Steemit Student Təqaüd Proqramını açıq elan edirik || Announcement

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam, əziz tələbə. Steemitə xoş gəlmisən. Steemit sosial şəbəkəsiylə bağlı heç bir məlumatın yoxdursa, aşağıdakı linklərə gedib ətraflı məlumat əldə edə və sonra bu postu oxumağa davam edə bilərsən:

Steemit - Yeni Gələnlər üçün 0-dan Bələdçi!

Steemit Azərbaycan Youtube Kanalı

Əla. Ümid edirik, yuxarıdakı linklərə getdin və Steemit platforması haqqında az-çox məlumat əldə etdin. :)

Steemit Student Announcement.png

İndi keçək Təqaüd Proqramı haqqında ətraflı məlumat əldə etməyə.

haqqında.png

Steemit Student Təqaüd Proqramı - Steemit Azərbaycan Topluluğu tərəfindən başladılan, bu topluluq tərəfindən maliyyəşdirilən və yalnızca hazırda universitetdə təhsil alan tələbələri hədəfləyən bir təqaüd proqramıdır.

Hansı ölkədə yaşamağınızdan, hansı ölkənin vətəndaşı olmağınızdan, hansı ölkədə təhsil almağınızdan aslı olmayaraq bu proqrama qoşula bilərsiniz. Yetər ki tələbə olun və bizi tələbə olduğunuza inandıracaq bir sübutunuz olsun!

kimlər.png

Steemit Student Təqaüd Proqramına hazırda universitetdə təshil alan istənilən azərbaycanlı, və ya xarici tələbələr qoşula bilərlər.

Yuxarıda qeyd etdiyimiz kimi, hansı ölkədə yaşamağınızın, hansı ölkənin vətəndaşı olmağınızın, hansı ölkədə təhsil almağınızın heç bir əhəmiyyəti yoxdur.

necə.png

Hörmətli tələbə, Steemit Student Təqaüdünü əldə etmək istəyirsənsə, bizimlə 3 ədəd şərt kəsməli olacaqsan. Ki bu şərtlərə əməl edəcəyin halda, təqaüd sənin olacaq. Əmin ola bilərsən ki, kəsəcəyimiz bütün bu şərtlər sənin gələcək inkişafına yönəlikdir.

Bəs yaxşı bu 3 şərt hansılardır?

  1. İlk şərtimiz odur ki, sən tələbə olduğunu bizə sübut etməlisən. Bunun üçün Telegram qrupumuza gedib, bizimlə əlaqə saxlayırsan. Ordada sənin tələbə olduğunu dəqiqləşdirdikdən sonra, artıq aşağıdakı digər şərtləri qarşılamağa keçə bilərsən.

  2. İkinci şərtimiz odur ki, Steemit Azərbaycan Topluluğu içində hər həftə minimum 3 ədəd post olmaqla, 30 gün içində, yəni 4 həftəyə minimum 12 post paylaşmalısan.

  3. Təbii ki, 1 şəkil atıb, "post paylaşdım" deyib getməyəsən deyə, paylaşacağın postlar üçün müəyyən tələblərimiz var. Ki bu tələbləri paylaşdığın bütün postlar qarşılamalıdır. Narahat olma, sadə tələblərdir. :)

    Postlara dair ilk tələbimiz odur ki, paylaşacağınız həmin o minimum 12 postun hamısı aşağıdakı tələbləri qarşılamalıdır:

    • Hansı dildə yazacağınızdan aslı olmayaraq, hər bir post minimum 100 sözdən ibarət olmalıdır
    • Hər bir postun tağlar bölməsində bu tağlar mütləq ardıcıllıqla qeyd olunmalıdır: #steemexclusive, #steemitazerbaijan, #steemitstudent #az, #tr
    • Hər bir postda minimum 2 ədəd özünüzə məxsus orijinal foto, və ya video olmalıdır

    Postlara dair ikinci tələbimiz odur ki, yuxarıdakı tələbləri qorumaqla, təqaüd proqramı üçün hazırlayacağın ilk postun özün haqqında olmalıdır. Həmin postda özün haqqında aşağıdakı sualları cavablandırmalısan:
    • Hansı universitetdə oxuyursan?
    • Hansı fakültədə oxuyursan?
    • Neçənci ildə qəbul olmusan və neçənci kurssan?
    • Spesifik bacarıqların varmı?
    • Hobbilərin nələrdir?

  4. İndi gəldik üçüncü şərtimizə. Deməli, ilk şərtimiz o oldu ki, tələbə olduğunu bizə sübut etməlisən. İkinci şərtimiz o oldu ki, Steemit Student Təqaüd Proqramı üçün hazırlayacağın postlar müəyyən tələblərə cavab verməlidir.

  5. Hörmətli dost, hörmətli tələbə. Səninlə kəsəcəyimiz son şərt odur ki, Topluluğumuz içdə paylaşdığın bütün postlarda etik qaydaları qoru. Bu topluluqda 18+ məzmumlar paylaşmağa icazə vermirik, bu topluluqda irqi, dini, gender ayrı-seçkiliyinə yol verilmir. Bu tip hallarla rastlaşacağımız halda, heç düşünmədən ban olunacaqsan.

QEYD: Son olaraq onu qeyd etmək istəyirik ki, ilk postunuzu paylaşdıqdan 30 gün sonra, yəni təqaüdü alacağınız vaxt, biz baxacağıq, yalnızca yuxarıdakı şərtlərə, tələblərə əməl olunubsa, sizin təqaüdlər veriləcək.

Ona görə də xahiş edirik, nəyi başa düşməsəniz, nəyi anlamasanız, hansı postla bağlı şübhəniz olsa, bizə bildirin, yoxlayaq. Beləcə, nə sizin əziyyətiniz boşa getmiş olar, nə də biz platforma sahiblərindən söz götürmüş olarıq.

nə qədər təqaüd.png

Təqaüd miqdarı aylıq 50 azn təşkil edir.

Yuxarıdakı posta aid şərtlərimiz vardı ha, o şərtlərə və tələblərə əməl etməklə, ilk postunuzu paylaşdıqdan sonrakı 30 gün içində minimum 12 post paylaşsanız, 30-cu gündə 50 manat təqaüdü qazanmış olacaqsınız.

Misal, deyəlim ki, Natiq və Günay adlı iki tələbəmiz var. Natiq adlı tələbə Steemit Student Təqaüd Proqramını qazanmaq istəyir. Bununçün Natiq oktyabr ayının 15-də Steemitdə ilk postunu paylaşdı. Günay isə oktyabr ayının 20-də bu proqram haqqında eşitdi və elə həmin gündəcə ilk postunu paylaşdı.

50 manatı almaq üçün Natiqin 30 günü oktyabrın 15-dən hesablanacaq və əgər Natiq noyabr ayının 15-ə qədər, yəni 30 gün müddətində bütün tələbləri yerinə yetimiş olsa, elə həmin gündəcə, yəni noyabrın 15-də 50 manat təqaüdü əldə edəcək.

Digər tərəfdən, Günay təqaüd proqramı haqqında Natiqdən 5 gün gec xəbər tutduğu və ilk postunu Natiqdən 5 gün sonra, yəni oktyabrın 20-də paylaşdığı üçün Günayın 30 günü oktyabr ayının 20-dən hesablacaq. Beləcə, 30 gün sonra, yəni noyabr ayının 20-də Günay 50 manat təqaüd əldə edəcək.

Ümumiləşdirsək, narahat olmayın. Heç nə üçün gecikmirsiniz. Özünüzü tələbə kimi təsdiqləməyə və post paylaşmağa nə vaxtdan başlasanız, məqbuldur. Təki o yuxarıda qeyd etdiyimiz şərtlərə, tələblərə əməl edin.

nə vaxt və necə.png

Yuxarıda da qeyd etdiyimiz kimi, Steemit Student Təqaüd Proqramı üçün ilk postunuzu paylaşdıqdan 30 gün sonra, düz 30 gün sonra siz 50 manat təqaüdü qazanmış olacaqsınız.

30 gün sonra bizə Telegram qrupumuz üzərindən yazacaqsınız ki, mən 30 günümü tamamladım və biz sizin son 30 gündəki paylaşımlarınızı incələyəcəyik, əgər bütün şərtlərə əməl etmisinizsə, biz sizdən bank kartı məlumatı istəyəcəyik. 50 manat həmin göndərdiyiniz karta köçürüləcəkdir.

Burda elə tələbələr də var ki, deyəcək ki, mən təqaüdümü kriptovalyuta şəklində istəyirəm. O da mümkündür. Əgər təqaüdü kriptovalyuta şəklində istəsəniz, bizə adres göndərəcəksiniz və biz həmin adresə 50 manata həmin kriptovalyutadan nə qədər edirsə, o qədər miqdarda kriptovalyuta göndərəcəyik.

məqsədi.png

Steemit Student Təqaüd Proqramını tərtib etməkdə 4 əsas məqsədimiz, niyyətimiz var:

  1. İlk niyyətimiz odur ki, biz istəyirik ki, hazırda universitetdə oxuyan və maddi sıxıntılar çəkən tələbələri Steemit üzərindən stabil gəlirlə təmin edək. Məlumdur ki, Azərbaycanda universitetdən təqaüd qazanmaq heç də asan deyil, üstəlik çəkdiyin o qədər əziyyətin, aldığın o qədər yüksək qiymətin sonunda işlə təmin ediləcəksənmi orası da ayrı bir müəmma və boşluqdur. Halbuki Steemit sizə yalnızca təqaüdlə yox, hədsiz çox yeni-yeni şeylərlə təmin edəcək. Çox şey öyrənəcəksiniz

  2. İkinci məqsədimiz odur ki, tələbələrin yazı yazmaq, fikirlərini ifadə etmək, yaradıcılıq qabiliyyətlərini artıraq. Biz istəyirik ki, bizim bu təqaüd proqramımızı elə tələbələr qazansın ki, həmin tələbələr sonradan sözün həqiqi mənasında bir düşünür kimi yetişsinlər. Onları yalnız maddiyyat yox, həm də özünüinkişaf maraqlandırsın. Bir misal verək. Bu platformaya ilk qoşulduğu vaxt 2 cümlə yazmaqdan çəkinən gənclər vardı ki, indi xeyli özlərini inkişaf etdiriblər, artıq bir çox özünə yazar deyən şəxsdən daha yaxşı yazırlar, açılışıblar, fikirlərini ifadə edə bilirlər

  3. Üçüncü məqsədimiz odur ki, həm özünü inkişaf etdirmək istəyən, həm də gəlir qazanmaq istəyən gəncləri bir araya toplayaq, onlara özlərini inkişaf etdirəcəkləri möhtəşəm bir öyrənmə mühiti, əhatə yaradaq

  4. Son olaraq, dördüncü məqsədimiz odur ki, Steemit kimi yeni nəsil, blokçeyn və kriptovalyuta əsaslı sosial şəbəkəni ölkəmizdə də tanıdaq. Bir azca ayıq bir şəxs belə hər gün xəbərlərdə blokçeyn, kriptovalyutalar haqqında bir şeylər eşidir. Bunlar boş bir şeylər deyil, əziz tələbə. Gələcək blokçeyndədir, gələcək kriptovalyutalardadır, gələcək texnologiyadadır!

Hər bir tələbədən öz oxuduğu ixtisas, gələcək hədəfləri, sahib olduğu bacarıqlar və hazırkı həyatı ilə bağlı maraqlı postlar gözləyirik. Hamınıza bolluca uğurlar, disiplin və qərarlılıq arzu edirik! :)

Hörmətlə,

Steemit Azərbaycan Topluluğu

And finally, many thanks to the Steemit Team , especially @steemcurator01 and @steemitblog, for their support in all these endeavours! :)

Topluluğun Facebook səhifəsi
Steemit Azerbaijan Community
Topluluğun Teleqram Qrupu
Steemit Azerbaijan
Topluluğun Discord kanalı
Steemit Azerbaijan
Tələbələr üçün Teleqram Qrupu
Steemit Student

Steemit Azərbaycan 3 (3).png

Sort:  
 3 years ago 

Uğurlar

 3 years ago 

MAŞALLAH olsun. ALLAH xeyrin versin AMİN 🤲 Tələbə vəsiqəmi tapım Mən də qeydiyyatdan keçim fikri keçdi qəlbimdən😍

 3 years ago 

Məndə hələ də qalır bilet, ağlımdan kötü şeylər keçir😂😂😂

 3 years ago 

Eynilə Məndəki kimi.ALLAH şeytana lənət etsin))

 3 years ago 

Xeyirli uğurlu olsun..

 3 years ago 

Təşəkkürlər, Yusif 😎

Boyyy. Bu nə gözəl şeydi. 12 normal post yaz, 50 manat qazan. Vallah superdi👋

Xariqüladə👌🏻

 3 years ago 

Uğurlar...

 3 years ago 

Təşəkkürlər 😎

 3 years ago (edited)

Sadəcə olaraq möhtəşəm. Mənim tələbə olduğum vaxt belə bir təklif olsaydı heç vaxt əldən qaçrmazdım. Başda Steemit Azerbaijan olmaqla bütün tələbələrə uğurlar.

 3 years ago 

Düşünürəm ki, biz yaxşı işlər görürük və görəcəyik. Ən az bir tələbəyə buradan dəstək ola biləcəyiksə bu bizim uğurumuzdu.

bu çox möhtəşəmdir, tələbələrə uğurlar, artıq israf etməyin😊

 3 years ago 

əllərinizə sağlıq.

Coin Marketplace

STEEM 0.19
TRX 0.13
JST 0.030
BTC 62548.40
ETH 3435.15
USDT 1.00
SBD 2.51