Steemit Profilimizi necə gücləndirək? || Steemit Dərsləri || Dərs 6

in Steemit Azerbaijan☪✔3 years ago

Steemit Azərbaycan olaraq Youtube üzərindən başlatdığımız Steemit Dərsləri adlanan və 7 ədəd videodan ibarət olacaq layihəmizin 6-cı videosu olan "Steemit Profilimizi necə gücləndirək? Power Up və Deleqasiya nədir?" adlı video artıq yayındadır.

Bildiyiniz kimi Steemit Hesablarının gücünü müəyyən edən faktor hesabın sahib olduğu Steem Power miqdarı ilə müəyyənləşir. Bu videoda sizlərə Steem Power'imizi necə artıra bilərik bunu göstərməyə çalışmışıq. Həmçinin videoda siz Power Up və Delegation, yəni deleqasiya, borc vermə kimi yeni anlayışlarla da tanış olacaqsınız.

Videonu bəyənib, kanalımıza abunə olmaqla, rəy yazıb fikirlərinizi bölüşməklə çıxdığımız bu yolda bizə dəstək ola bilərsiniz. İzlədiyiniz üçün hər birinizə bolluca təşəkkürlər! :)

Steemit Dərsləri adlanan layihəmizin bütün yol xəritəsi və mövzuları aşağıdakı kimidir:

1. Steemitdə necə hesab açmaq və Steemit Azerbaijan Topluluğuna qoşulmaq?

2. Steemit Profilimizi necə qaydaya salmaq?

3. Steemitdə İlk Postumuzu Necə Paylaşaq?Steemitdə ilk postumuzu necə paylaşaq?

4. Steemitdə səslər və kurasiya mükafatları necə işləyir? STEEM, Steem Dollar, Steem Power və Tronla tanışlıq.

5. Qazandığımız Steem Dollarları necə STEEM'ə çevirək? Birjada ilk al-sat'ımız.

6. Steemit Profilimizi necə gücləndirək? Power Up və Deleqasiya nədir?

7. Steemitdən qazandığımız gəlirləri necə nağdlaşdıraq? Kriptovalyuta birjaları ilə tanışlıq.

Bu videolar Steemit Platformasına qoşulan istənilən yeni istifadəçinin Platforma haqqında bilməli olduğu hər şeyi əhatə edəcək.

Hər hansısa sualınız yaranarsa, həm bu postun rəy bölməsinə, həm də youtube kanalımızın rəy bölməsinə yazmaqdan çəkinməyin. Hər birinizə xoş izləmələr və bolluca STEEM'lər! :)

And finally, many thanks to the Steemit Team , especially @steemcurator01 and @steemitblog, for their support in all these endeavours! :)

Tutorial was prepared by moderator @cameron99.

Steemit Azərbaycan 3 (3).png

Coin Marketplace

STEEM 0.22
TRX 0.27
JST 0.041
BTC 103974.03
ETH 3835.41
SBD 3.29