Zeigarnik effekti

Mən həmişə imtahandan çıxan kimi,qrup yoldaşlarım soruşur ki,hansı sualllar düşmüşdü? Necə yazdın? və s. Cavabım isə özümə də maraqlı gəlirdi hər zaman. Belə ki,imtahanda düşən suallar haqqında heç nə xatırlamırdım. Sanki sualları mən yazmamışam,sanki imtahanda iştirak etməmişəm. "Nəticədə 5 sual idi və mən bunları cavablandırmışam, bunu necə unuda bilərəm axı"? -deyə düşünürdüm hər zaman. Hətta bəzən qrup yoldaşlarımın,mənim bilərək sualları demədiyimi və s. düşündüklərini düşünürdüm 😂)

Daha sonra oxuduğum kitabların birində Bluma Zeigarnik tərəfindən kəşf edilən bir effektlə tanış oldum–"Zeigarnik effekti".
Sən demə sualları unutmağım mənim "günahım" deyil imiş :)

Belə ki, Zeigarnik effektinə görə beynimiz tamamilə tamamlanmış işləri unudur. Bununla yanaşı tamamlanmamış işləri isə heç cürə unuda bilmir (tamamlanana qədər).
Zeigarnikin apardığı bir təcrübəyə görə:
Müştəri hesabı istədiyi zaman ofisiant sifariş edilən bütün yeməkləri asanlıqla xatırlayır. Ancaq, müştəri pulu ödədikdən bir neçə dəqiqə sonra ofisiantdan hesab və sifarişlə bağlı soruşduqda xatırlamaqda əziyyət çəkib.

Səbəb odur ki, hesabı ödədikdən sonra ofisiantın yaddaşında bir növ bağlanma təsiri yaranır və sifarişlə bağlı hər şey beynindən silinir.

Əvvəl də qeyd etdiyim kimi,beyin tamamlanmış işləri unutduğu kimi, tamamlanmamış işləri heç cürə unuda bilmir. Buna belə bir misal gətirə bilərəm:
Yəqin ki,bunu çoxunuz yaşamısınız- səhər oyananda bir mahnı düşüb dilinizə və gün boyu beyninizdə,dilinizdə ancaq onu zümzümə etmisiniz. Dilinizdən düşürə bilməyib,əsəbləşdiyiniz vaxtlar da olub böyük ehtimalla. Fikir versəniz hər dəfəsində mahnını yarımçıq saxlayıb hər dəfə yenidən başlamısınız və s. Burada da Zeigarnik effekti özünü göstərir :) Belə ki,mahnını hər dəfə yarımçıq saxladığınız üçün beyniniz onu unutmur və hər dəfə təkrarlayır. Belə vəziyyət yarananda mahnını tam oxuyun siz də rahat olun beyniniz də :))

Xülasə,siz keçmişdə hər hansı bir işi yarımçıq qoyduqda,beyniniz və ya şüur altınız o hadisəni nəticələndirə bilmədiyi üçün daimi olaraq beyninizdə dövr etdirir. Ta ki,iş tamamlanana qədər.

Sort:  
 3 years ago (edited)

Maraqlı effektdir. Mahnı oxumağı sevən biri olaraq mahnı məsələsində tamamilə razıyam)) Belə nəticə çıxardım ki, bundan sonra gərək sevmədiyim, amma zümzümə etdiyim mahnıların sözlərinə tam şəkildə baxam :/

Təəssüf ki,eynən :/

 3 years ago 

Gözəl yazıya görə çox sağ olun.

Yazmaq xoş idi,buyurun.

 3 years ago 

Edilən hər bir təcrübə ilə razılaşmaq olar, amma o ofisiant məsələsi bir az qəlizdir, bizim restoranlarda müştəri və ofisiant heç vaxt nə hesabı, nə də bir-birilərinin sifətini heç zaman unutmurlar. Yediyini burnundan gətirir, adam heç zad unutmur.

 3 years ago (edited)

Əxi ofsiant səni unudur çünki, o işini bitirib sən isə unuda bilmirsən çünki işini tamamlamamısan. Ged o ofsiantı tap işini bitir. Sən də rahat ol o da. 😀

 3 years ago 

1 xiyar və 2 pomidoru doğrayıb yan-yana qoyub 5 manat ilə hesaba hesablanan ölkədə kimsə kimisə unuda bilməz 🇦🇿🇦🇿🇦🇿

Müəlliməm demiş - Aynən:)

 3 years ago 

Həqiqətən də çox maraqlı bir məlumat idi. Təşəkkürlər bilgi üçün.

Çox xoş idi, buyurun.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56465.77
ETH 2331.79
USDT 1.00
SBD 2.36