The Diary Game / Better Life 3.Season 30.07.2021

Son zamanlar yaranmış yeni vərdişim sayəsində bu gün də telefonda quraşdırdığım saatdan daha erkən oyandım. Telefonda bütün sosial şəbəkələri "kontrol" etdikdən sonra, nəhayət qalxaraq günə başladım.

Bu gözəlliyi də sizinlə paylaşmaq istədim:

IMG_20210425_064348.jpg

Hər gün, növbəti gün nələr edəcəyimi yazmasam, səhər oyananda yarım saat həyatı sorğulayıb əhvalımı maksimum aşağı salıb elə qalxıram yataqdan. Ona görə də mütləq növbəti günün "to do" listini axşamdan yazıram.

IMG_20210727_182709.jpg

O qədər unutqanam ki, bu listə ən sadə şeyləri belə yazmağa məcbur oluram.
Və bu arada texnologiya nə qədər inkişaf edirsə etsin kağız və qələmi heç nəyə dəyişmərəm:)) O ki, işləri həll etdikcə "həll olundu" mənasında işlərin önündəki kvadratları "tikliyirəm" ha, bax o möhtəşəmdi.

İlk olaraq Alba'mın yeməyini verdim.Rica elədim şəklini də çəkdim🌝

IMG_20210727_184028.jpg

Poza da verir hələ bir :))

IMG_20210727_184026.jpg

Sırada özüm varam. Səhər yeməyi olmazsa olmaz mənim üçün. Səhər yeməyi yemədiyim günü nə yaşaya bilirəm nə də o gündən zövq ala bilirəm. Öz xüsusi və monoton səhər yeməyimi də çox sevirəm. Hər səhər ilk dəfə imiş kimi həzz alıram yeməyimdən. Ümumiyyətlə mən təkbaşına etdiyim hər şeydən çoox böyük, sonsuz bir zövq alıram.

IMG_20210623_092010.jpg

Sonra dünəndən ağlıma gələn bu balacanı hazırladım:)

IMG_20210727_130820.jpg

Dünəndən hey düşüncələrimi məşğul edirdi ki, niyə məni hazırlayıb yemirsən?)

Bunu hazırlayarkən də türklər demiş: "klasik" ev işlərini həll etməyə başladım bir yandan.
Günün sonrasını isə yenə türklər demiş "doğaçlama" yaşadım.

Sort:  
 3 years ago 

Nuş olsun.

Təşəkkür edirəm🌼

 3 years ago 

Bu gün yazdığınız yazı çox gözəldir. Davalı olsun.

Təşəkkür edirəm

Səidənin bişirdiyi o keksdən yesək barı))

Bunu yadda saxladım.Mütləq❤️

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56248.57
ETH 2324.42
USDT 1.00
SBD 2.34