Mən..

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Əvvəla salam..Bu yazını oxumazdan əvvəl istəyirəm ki, gülümsəyəsən.. Çünki gülümsəmək bu dünyada ən gözəl məşğuliyyətdir..Nə edəcəyini bilməyəndə gülümsə, taparsan əlbətdə bir yol..Nə edəcəyini yaxşı bilirsənsə buna əlbətdə gülümsə..Küçədə, uzandığın yatağında, avtomobildə, musiqi dinləyərkən, qab yuyanda, diş fırçalayanda və sairə.Yaxşı, yaxşı məncə də diş fırçalıyanda gülümsəmək o qədər də yaxşı fikir olmaya bilər:) Nəysə. Demək istədiyim odur ki, gülümsə yəni..
İndi biraz tanış olaq. Səidə, mən..Kərimova Səidə. 19 il 239 ay 1043 həftədir ki, bu dünyanı paylaşıram sizlərlə..
İnsanların özlərindən bəhs edərkən ilk növbədə bütün maddi uğurlarını, qazandıqlarını, harada işlədiklərini, hansı universitetləri bitirdiklərini, hansı təhsil dərəcələrinin olduğunu və ilaxır qeyd etməsi mənə mənasız gəlir. Axı bir insanla dostluq etmək üçün, onun hansısa sertfikat və ya diplomlarının nə önəmi var? Ya da bir insanın hansısa prestijli universitetdə təhsil alması onun insanlığı barədə nə qədər məlumat verir?
Nəysə, Səidədən yazım biraz..Səidə həyatı, yaşamağı, həyatın hər anında həqiqətən var olmağı çox sevir. Ətrafinda sevmədiyi heç kimi saxlamır. Heç kimdən mənən asılı deyil. Səidənin ən sevdiyi rəng sarı və bozdur. Bu rəngləri görmək belə onun əhvalını yüksəldir. Səidə yağışa heyrandır. Yağışlı havanın boz rəngdə olması isə Səidənin əhvalının pik həddə olması deməkdir. Bir də əlində qaynar qəhvəsi olsa.. Dünya dağılsa marağında olmaz..
Hə, bir də Səidə üçün dünyada ən önəmli şey yuxudur. Yuxusunun bölünməsinə nifrət edir. Ət yeməyə nifrət etdiyi kimi. Vegetarian olan Səidə,bu qərarından ötrü, hələ adi bir leysana belə hazır olmayan, valideynlərin tək dərdinin nənə, baba olmaq olduğu, araq qədəhlərinin qaldırılıb "Allah hamınızdan razı olsun" deyildiyi məclislərdən ibarət bu ölkədə bir qədər əziyyət çəkir əlbətdə. Ancaq hər şeyə rəğmən, bütün çətinliklərinə rəğmən çox sevir, həyatı.
Dostlar çox önəmlidir Səidə üçün. Dünyanı məhz ən yaxın dostların gözəlləşdirdiyinə inanır Səidə. Və bu yazını oxuyan sənə də dünyanı gözəlləşdirən dostlarla rastlaşmağını diləyir..

#az #tr #introduceyourself #steemitazerbaijan

Sort:  

This post was resteemed by @steemvote and received a 3.42% Upvote. Send 0.5 SBD or STEEM to @steemvote

 3 years ago 

Steemitə və Steemit Azerbaijan Topluluğuna xoş gəldin, Səidə xanım. Uğurlar olsun!

Minnətdaram!🌻

Xoş gəlmisən Saida.... Maraqlı Oz Haqqında məlumat vermisen..İnsallah Steemitde birlikdə uğurlar əldə edərik!Steemit Azerbaijan ailəsinə xoş gəldin!

Təşəkkür edirəm!🌻

Mən də bu yazını oxuyub gülümsədim 😊

Nə xoş mənə🤍🤍

 3 years ago 

Xoş gəldin. Ümid edirəm ki, gözəl yazılar olacaq. Uğurlar

Təşəkkür edirəm, minnətdaram🌻

 3 years ago 

xoş gəlmisiniz sizə bolluca uğur arzulayiram

Minnətdaram🌸

Loading...
 3 years ago 

Oxuduqca bir gülümsəmə yaratdın. Bacarığın və qəyiyyətliliyin sənin haqqında təsəvvür kiçik bir məqalədən formalaşmağa başlayır. Uzun uzadı danışmamağı və ən qısa yoldan məsələni həll etməyi, mətiqə maraqlı olduğunuz təbəssümverici yazılarınızda özünü əks etdirir. Steemit aləmizə xoş gəldiniz. Yeni yazılıarınızı maraqla gözləyirik.

Çox minnətdaram!🌼

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56465.77
ETH 2331.79
USDT 1.00
SBD 2.36