Steemit Enagement Challenge ||💚||Season2, Week #1 ||💚|| 🛫🌏 Your travel manager ✈|| Azerbaijan, Baku|| @revan746 #club100

in Steemit Azerbaijan☪✔2 years ago

Salam dostlar, əziz izləyicilər. Mən yazımı sona saxladım ki, ölkə paytaxtı haqqında bir yazı ilə möhürbənd edim. Post bizim topluluğun təşkil etdiyi Steemit Enagement Challenge ||💚||Season2, Week #1 ||💚|| 🛫🌏 Your travel manager ✈ müsabiqəsi üçün yazılır. Yarışa qatılan hər kəsə təşəkkür edirəm. Bu sezon bütün dünya Steemitçilərinə ev sahibliyi etdiyimiz üçün çox xoşbəxtik.

Bizim topluluq bilir, digər topluluqların yazarlarına bildirim ki, Bakı Azərbaycanın paytaxt şəhəridir. Ölkənin ən gözəl şəhəri və əhalinin ən sıx məskunlaşdığı ərazisidir. Bu postda şəhərin qədimli və ya tarixi haqqında uzun-uzadı yazmaq fikrim yoxdur. Mən bugün sizin burda səyahət bələdçiniz olacam, əgər Bakıya səyahət etmək istəsəniz mənim postum sizə haraları gəzmək və haralarda istirahət etmək olduğuna bir az da olsa yardımçı olacaq, zatən mövzumuzun da məqsədi bu idi.

Birinci və əsas önəmli məsələ- Azərbaycana, Bakı səyahət etmək istəsəniz heç zaman Azərbaycan Hava Yollarından bilet almayın, qiymətlər çox bahadır. Bu şirkət təkəldir, monopoliyadır. Çalışın digər ölkənin hava şirkətlərinin xidmətlərindən istifadə edin. Eyni qayda burdan öz ölkənizə qayıdanda da keçərlidir. AZAL- Azərbaycan Hava Yolları Bakıda keçirdiyiniz və istirahət etdiyiniz günləri burnunuzdan gətirə bilər.

Gəldiyiniz ölkədən təyyarə ilə gələcəksinizsə ilk görəcəyiniz məkan Heydər Əliyev adına hava limanı olacaq. Mümkün qədər şəhərin mərkəzinə taksi ilə gəlməyin, hava limanından şəhər mərkəsizə "exspress bus"lar xidmət edir. Hər yarımsaatdan bir şəhər mərkəzinə hərəkət edirlər. Və geri qayıtmaq üçün də bu xidmətdən istifadə etməyiniz məsləhətdir.

Bakı müasirliyin klassik üslub ilə yaxından təmas etdiyi bir şəhərdir, əsasasən bunu mərkəzdə hiss etmək mümkündür, qədim qala divarları içərisində tarixi özündə daşıyan şəhər və divarlardan kənarda yerləşən müasir şəhər abu-havası. Bakı liman şəhəridir. Xəzər dənizinin ən gözəl şəhəri. Bir Cənub şəhəri. Biz Bakını hər halı ilə sevirik. Neft qoxusunu, küləkli havasını. Bakı küləklər şəhəridir. Adı da ordandır. Badi-Kubə.

20220526_114550.jpg

20220526_125611.jpg

Bir şəhəri və ya ölkəni gəzərkən gecəni harda qalmaq və nə yeyəcəyin önəmlidir. Bakı bir gecəlik otelin qiyməti 50 manat- 30 dollar- indiki qiymətlə 130 steem xərciniz çıxacaq. Bu qiymətə yemək daxil deyil. Bakını gəzmək üçün hostellərdə gecələyərək daha çox görməli yerlərə pul xərcləsəniz faydalı olar. Bahalı restoranlardan da uzaq durmağınız məsləhətdir. Şəhər mərkəzi çox bahalıqdır.

20220526_131940.jpg

Gəzinti maraqlı olsun deyə "BakuBus" və "Bakı metrosu" çox əlverişlidir. Pik saatlarda məsləhət deyil. Axşam saatlarında "basabas" başlayır.

20211002_082653.jpg

20210804_195933.jpg

20211002_080630.jpg

20210930_062847.jpg

20220526_134658.jpg

20210807_082550.jpg

20210807_082913.jpg

20220102_132650.jpg

Gəlirik mətbəxtə, Azərbaycan mətbəxti çox zəngindi. Mən deyərdim ki, dünyanın ən zəngin təamları bizim ölkədədir və çox dadlıdır. Siz ən azı "üç bacı dolması"-nın dadına baxmalısınız. Qara bacıdan başqa digər ikisini yemək məsləhətdir.

20220524_220902.jpg

20210924_090157 (1).jpg

Çalışıb şəhər məzkəzindən bir az kənarda xudmani restoranlarda Bakının dadını çıxarasınız.

20210910_085910.jpg

Dünyanın heç yerində Bakıda olan çay süfrələri ola bilməz. Ümumiyyətlə bizim ölkə insanı hər şeyin ən yaxşısını etməyə cəhd göstərən adamdı. "Qarın qardaşdan irəlidir" məsəli elə belə yaranmayıb ki. Çay dəsgahı sifariş etsəniz azı 50-100 manat arası "tərləyəcəksiniz".

Bir də bu şəhərə dronların gözü ilə səyahət edək. Video formatda. Gəlib, səyahət edib, peşman olmayacağınız bir diyardır Azərbaycan və onun göz bəbəyi Bakı.

video link

Sonlandırmaq istərdim, əgər sizlərdən kimsə bizim ölkəyə bu yazıdan sonra gəlmək istərsə həmin dostlara mütləq özüm səyahət menecerliyi edəcəm. Özüm ona bələdçilik edəcəm. Sizin səyahət bələnçiniz var Azərbaycanda -@revan746

Mənə qonaqlarımız gəzdirməyə kömək edə biləcək insanları dəvət edirəm. @isa545 @yusif79 @cameron99

#club100 #challenge2-week1 #yourtravelmanager #steemexclusive #steemitazerbaijan #photography

Sort:  

You shared a wonderful travel destination with us today. Really it is but a very nice place. It is possible to travel to places like this, but I think it would be much better and you have shared the latest one with us. Just watching the video shows how wonderful a place it is. Much like your travel destination today

 2 years ago 

Thank you very much, thank you for watching

 2 years ago 

Bakı gözəl yerdi amma, gəzəndə narmalni pulun olmalıdır.

 2 years ago 

Pul səndə bir də ingilisdə.

 2 years ago 

İngilisdə olar.

Gözəllik rasxod tələb edir))

 2 years ago 

Elədi qardaş , olan yerdə

 2 years ago 

Taksi xidməti mənnən 10 faiz endirimlə.Türklərə 20 faiz endirimlə.

 2 years ago 

Pis taksi

Bəs Sumqayıt əhlinə?😂

 2 years ago 

Sumqayıt əhlinə 1 faiz endirim.

Deyəcəm indi Sumqayıtın havası, suyu, torpağı sənə HALAL olsun... Özün başa düş də))

 2 years ago 

Kreativlik öz sözünü dedi. Səndən bundan artığını da gözləmək olar. Enerjivi növbəti turnirlərə saxla. You are ♥️ Bro😉🤝

Möhtəşəm👍

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.029
BTC 57877.75
ETH 3163.24
USDT 1.00
SBD 2.26